Yunus Surəsi 31. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Sizə göydən yer­­dən ruzi verən kimdir? Qulaqlara gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs (belə olduğu halda) (Allahdan) qorxmursunuz?”
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) De: “Sizə göydən yerdən kim ruzi verir? Qulaqlara gözlərə sahib olan (onları yaradan) kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? Hər işi düzüb qoşan (səhmana salan) kimdir? Onlar: “Allahdır!” deyəcəklər. De: “Bəs onda Allahdan qorxmursunuz?”
Elmir Quliyev :
Скажи: "Кто одаряет вас уделом с неба и земли? Кто властен над слухом и зрением? Кто мертвое превращает в живое, а живое превращает в мертвое? Кто управляет делами?" Они скажут: "Аллах". Скажи: "Неужели вы не устрашитесь?"
Ələddin Sultanov:
De: “Sizə göydən yerdən ruzi verən kimdir? Qulaqların gözlərin sahibi kimdir? Ölüdən dirini, diridən ölünü çıxardan kimdir? Hər cür işi nizamlayan kimdir?” Onlar: “Allah!” - deyə cavab verəcəklər. O zaman de ki: “Elə isə Allahdan çəkinmirsinizmi?!
Kerbelayi Malik ağa:
De ki: ‘Səmadan yerdən sizə ruzi verən kimdir ? Yaxud eşitmənin (eşitmə xassəsinin) görmənin (görmə xassəsinin) Məliki (sahibi) kimdir? Canlını (dirini) cansızdan (ölüdən) çıxaran cansızı (ölünü) canlıdan (diridən) çıxaran kimdir? İşi təşkil edib idarə edən kimdir?’ O zaman: ‘Allah’ deyəcəklər. Elə isə: ‘Hələ təqva sahibi olmayacaqsınızmı?’ de.
Ələsgər Musayev:
De: «Kim sizə səmadan ərzdən ruzi yetirir? kim qulaqlara gözlərə sahibdir? kim xaric edir dirini meyyitdən xaric edir meyyiti diridən? kim tamam işləri tədbir edir?» Deyəcəklər: «Allah!» De: «Ə, məgər təqvalı olmazsınızmı?»
A.Mehdiyev və D.Cəfərli:
De: «Sizə göydən yerdən kim ruzi verir? ya sizin qulaqlarınıza onların eşitmə qabiliyyətinə sizin gözlərinizə onların görmə qabiliyyətinə kim hakimdir? dirini ölüdən ölünü diridən kim çıxarır? (varlıq aləminin) bütün işləri(ni) kim idarə edir? Onlar dərhal «Allah!» deyərlər. De: «Belə isə, qorxmursunuz?!».
Kövsər Tağıyev:
De ki: “Sizə göydən yerdən kim ruzi verir? Ya da eşitmə görmə qabiliyyətinin sahibi kimdir? Ölüdən dirini, diridən ölünü kim çıxarır? İşləri kim yoluna qoyur?” “Allah”, deyəcəklər. De ki: “Elə isə Allaha qarşı gəlməkdən çəkinməyəcəsinizmi?”
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Sizə göydən yerdən ruzi verən kimdir? Yaxud eşitmə görməni verən kimdir? Cansıza can verən canlını cansız edən kimdir? Bütün işləri yoluna qoyan kimdir?" Onlar deyəcəklər: "Allah!" De: "Bəs onda siz qorxmursunuz?"
Sabirə Dünyamalıyeva:
De ki: "Sizə göydən yerdən kim ruzi verir? Yaxud da qulaqlara gözlərə kim sahib olur, bunların sahibi kimdir? ölüdən diri, diridən ölü çıxardan kimdir? işləri kim düzüb qoşur? Dərhal "Allah" deyəcəklər. O zaman de ki: "O halda, hələ Allahın mühafizəsi altına daxil olmayacaqsınızmı?