Əlixan Musayev:
(Dağların saldığı) kölgələr kimi dalğalar onları çulğadığı zaman onlar dini məhz Allaha məxsus edərək Ona yalvararlar. (Allah) onları xilas edib quruya çıxartdıqda isə aralarından bəziləri (küfrlə iman arasında) orta yol tutar. Bizim ayələrimizi yalnız nankor xainlər inkar edərlər.
Bünyadov-Məmmədəliyev:
(Kafirləri) ətrafına kölgə salan uca dağlar (yaxud qara buludlar) kimi dalğalar bürüdüyü zaman onlar dini (ibadəti) Allaha məxsus edərək yalnız Ona dua edərlər. Allah onları sağ-salamat quruya çıxartdıqda içərilərindən bəziləri (küfrlə iman arasında) orta mövqe tutar. (Bəziləri isə öz küfründə qalar). Bizim ayələrimizi yalnız çox xain, nankor olanlar danarlar!
Elmir Quliyev
:
Когда волна накрывает их, словно тень, они взывают к Аллаху, очищая перед Ним свою веру. Когда же Он спасает их и выводит на сушу, то среди них находится тот, кто проявляет умеренность (проявляет покорность или уклоняется от должной благодарности). Но отвергают Наши знамения только неблагодарные изменники.
Ələddin Sultanov:
Dağlar kimi dalğalar onları bürüdüyü zaman onlar dini Allaha məxsus edərək Ona dua edərlər. Ancaq Allah onları quruya çıxartdığı zaman onlardan bir qismi orta yolu (haqq yolu) tutar. Bizim ayələrimizi yalnız nankorlar və xainlər inkar edər.
Kerbelayi Malik ağa:
Qaranlıq kölgələr kimi dalğalar onları bürüdüyü zaman dini Ona xalis edərək Allaha yalvararlar. Beləcə onları quruya çıxardıb qurtardığımız zaman bundan sonra onların bir qismi mötədil davranarlar. Çox qəddar və çox nankor olanlardan başqası ayələrimizi israrla (bilərək) inkar etməz.
Ələsgər Musayev:
Onda ki, onları dalğalar
bürüyər kölgə kimi, çağırarlar Allahı, dinlərini Onun üçün
məxlus edərək. Amma elə ki, O nicat verdi onlara quruya tərəf,
onda onlardan öz sözlərində dayananlar oldu. Ayətlərimizlə
Bizi danır ancaq külli xəyanətkar, kafir!
A.Mehdiyev və D.Cəfərli:
Elə ki, dənizin dalğası kölgə salan buludlar kimi onları bürüyər, ixlaslı etiqad və dua ilə Allahı çağırarlar. Lakin elə ki, (Allah) onları sahilə çıxarıb nicat verər, yalnız onlardan bəzisi orta mövqe tutar (tək olan Allaha etiqadlarından dönməzlər). Bizim nişanələrimizi yalnız əhdə vəfasız, xain və nankorlar inkar edərlər.
Kövsər Tağıyev:
Bir dalğa (dənizdə) onları kölgəliklər kimi bürüdüyü zaman dini Allaha xas edərək Ona yalvarırlar. Allah onları xilas edib quruya çıxardıqda onlardan bir qismi orta yol tutar. Bizim ayələrimizi isə ancaq çox xain, çox nankor olanlar inkar edər.
M.Qənioğlu və T.Bilaloğlu:
Dalğalar onları (uca dağ) kölgələri kimi bürüyəndə onlar dinin ancaq Allaha aid olduğunu bildirərək Onu (köməyə) çağırarlar. O, onları quruya çıxarıb xilas edəndə isə onların bəzisi (inamla küfr arasında) orta yol tutar. Bizim ayələrimizi ancaq xain və nankorlar danarlar.
Sabirə Dünyamalıyeva:
Və kölgələr kimi bir dalğa onları bürüyəndə, Onun üçün dini pak tutaraq Allaha dua edərlər. Amma nə zaman ki quruya çıxararaq xilas etdi, onlardan bir qismi orta yol tutar [iman ilə Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etmək arasında bir yol tutar, ikibaşlı oynayar]. Və bizim ayələrimizi ancaq tamamilə xain və tamamilə nankor olan kəslər bilə-bilə inkar edər.