Əlixan Musayev:
Allahın təbliğatçısını qəbul etməyən kimsə yer üzündə (Allahdan )yaxa qurtara bilməz və Ondan başqa onun himayəçi dostları da olmaz. Onlar aşkar azğınlıq içindədirlər.
Bünyadov-Məmmədəliyev:
Allahın carçısını qəbul etməyən (bilsin ki) yer üzündə qaçıb canını Ondan (Onun əzabından) qurtara bilməz və ona Allahdan başqa kömək edən dostlar da tapılmaz. Belələri açıq-aşkar (haqq yoldan) azmışlar!”
Elmir Quliyev
:
А тот, кто не ответит проповеднику Аллаха, не спасется на земле, и не будет у него покровителей и помощников вместо Него. Такие находятся в очевидном заблуждении.
Ələddin Sultanov:
Kim Allahın dəvətçisini qəbul etməzsə, o, yer üzündə (Allahdan qaçaraq Onu) aciz qoya bilməz. Onun Allahdan başqa himayədarları da olmaz. Onlar açıq-aşkar bir azğınlıq içindədirlər”.
Kerbelayi Malik ağa:
Allahın dəvətçisini qəbul etməyən kimsə yer üzündə (Allahdan) qaçıb canını qurtara bilməz. Onun Allahdan başqa dostları yoxdur. Məhz onlar açıq-aydın dəlalət içindədirlər.
Ələsgər Musayev:
Kim
cavab verməsə Allaha tərəf çağırana və deyil o, aciz edən ərzdə
və deyil onun üçün Ondan başqa dost. Həmin onlardır zəlalətdə
aşkar!»
A.Mehdiyev və D.Cəfərli:
Kim Allahın dəvətçisini qəbul etməsə, yer üzündə (Allahı) əsla aciz qoya bilməyəcəkdir (Onun səltənətindən qaça və və ya daha üstün qüdrətə sığına bilməyəcəkdir). Onun Allahdan başqa başçı və yardımçıları yoxdur. Belələri aşkar azğınlıq içərisindədirlər.
Kövsər Tağıyev:
Kim Allahın dəvətçisinə uymasa, yer üzündə Allahı aciz buraxan deyil. Onun üçün Allahdan başqa dostlar da tapılmaz. Onlar açıq-aşkar zəlalət içindədirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın carçısının dəvətinə cavab verməyən yer üzündə Allahdan yaxasını qurtara bilməz. Ondan başqa onun himayəçiləri yoxdur. Belələri açıq-aşkar haqq yoldan çıxmışlar."
Sabirə Dünyamalıyeva:
Hər kim Allahın dəvətçisinə cavab verməzsə, bilsin ki, yer üzündə Allahı aciz qoya biləcək deyil. Onun üçün Allahın altındakılardan köməkçi, yol göstərən, himayəçi yaxın kəslər də yoxdur. Bax onlar, açıq-aşkar bir azğınlıq içindədirlər" dedilər.