Rəd Surəsi 33. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Hər kəsin qazandığını qoruyub saxlayan (Allah,) (buna qadir olmayan bütlər kimi ola bilərmi?) (Müşriklər) isə Allaha şəriklər qoşurlar. De: “Onlara ad verin! Yoxsa siz Ona yer üzündə bilmədiyi şeyləri yaxud boş sözlərimi xəbər verirsiniz?” Doğrusu, kafirlərə öz hiylələri gözəl göstərildi onlar (doğru) yoldan çıxarıldılar. Allah kimi azdırsa, onu doğru yola yönəldən olmaz.
Bünyadov-Məmmədəliyev:
Hər bir kəsin (dünyada yaxşıdan, pisdən) qazandığına nəzarət edən Allah bunu bacarmayan bütlər kimidirmi?! (Əsla yox!) (Bununla belə, müşriklər götürüb) Allaha (cürbəcür) şəriklər qoşdular. (Ya Rəsulum!) De: “Bunlara bir ad verin görək! (Axı onlar kimdirlər, nəçidirlər?) Yoxsa Allaha yer üzündə (özünə şərik) bilmədiyi bir şeyimi xəbər verirsiniz? Yaxud sözün zahirinə uyub (belə həqiqətdən uzaq şeyləri) deyirsiniz? Xeyr, kafirlərə öz hiylələri (iftiraları, Allaha qarşı uydurub düzəltdikləri yalanlar) gözəl göstərildi onlar (haqq) yoldan döndərildilər. Əslində, Allahın zəlalətə saldığı kimsəyə doğru yolu göstərən olmaz.
Elmir Quliyev :
Разве Тот, Кто заботится за каждым человеком и тем, что он приобретает, подобен ложным божествам? Но они приобщают сотоварищей к Аллаху. Скажи: "Назовите их! Неужели вы поведаете Ему о существующем на земле такое, что Ему не известно, или же это всего лишь пустые слова?" Неверующих обольстили их собственной хитростью и сбили с пути. А для того, кого Аллах вводит в заблуждение, нет наставника.
Ələddin Sultanov:
Hər kəsin qazandığına nəzarət edən Allah (bütlər kimi olarmı)?! Yenə onlar (bütləri) Allaha şərik qoşdular. De: “Onlara bir ad verin! Yoxsa Allaha yer üzündə bilmədiyi bir şeyimi xəbər verirsiniz, yaxud boş sözlərmi (söyləyirsiniz)? Əksinə, kafirlərə hiylələri gözəl göstərildi onlar (haqq) yoldan döndərildilər. Allah kimi zəlalətə salmışsa, ona doğru yolu göstərən olmaz.
Kerbelayi Malik ağa:
Artıq bütün nəfslərin qazandıqları şeylər üzərində hakim olan kimdir? Onlar Allaha şəriklər qoşdular. De ki: ‘Onları adları ilə (dəvət etsinlər, cavab verilməyəcəyini görsünlər). Yoxsa siz Ona (Allaha) yer üzündə bilmədiyi bir şeyimi xəbər verirsiniz? ya sözün zahir (aşkar) olanınımı?’ Xeyr, kafirlərə hiylələri gözəl göstərildi yoldan (Allahın yolundan) sapdırıldılar. Allah kimi dəlalətdə buraxsa artıq onun üçün bir hidayətçi (mehdi) yoxdur.
Ələsgər Musayev:
Ə, kim ki, külli nəfsin kəsb etdiyini bilir?…Və onlar etdilər Allah üçün şəriklər. De: «Adlarını söyləyin onların! Yoxsa xəbər verirsiniz Ona ilə ki, ərzdə bilmir? Yoxsa zahirdə həqiqəti olmayan sözlər deyirsiz?» Bəli, zinətli oldu o kəslər üçün ki, kafirdirlər, məkrləri onların sədd çəkdilər yoldan. Kimi Allah zəlalətdə tərk edə, olmaz onun üçün hidayət edən.
A.Mehdiyev və D.Cəfərli:
Belə isə, məgər hər bir cana hakim olan onun əməlinə nəzarət edən kəs (cansız bütlər kimidir? Bununla belə) onlar Allaha şəriklər qoşublar. De: «Onları (sifətləri ilə) adlandırın (deyin ki, onlar diri, yaradan, eşidən görəndirlər)! «Doğrudanmı Allaha yer üzündə (səlahiyyətini) tanımadığı bir şeydən xəbər verirsiniz? Yoxsa quru boş söz deyirsiniz? (Xeyir, şübhəsiz, Allahın heç bir şəriki yoxdur,) əksinə, küfr edən kəslər üçün onların məkr hiylələri zinətləndirilib onlar (haqq) yoldan saxlanılaraq məhrum ediliblər. Allahın azğınlıqda boşladığı kəsə əsla yol göstərən olmayacaqdır.
Kövsər Tağıyev:
Hər kəsin qazandığına nəzarət edən Allah inkar edilərmi? Halbuki onlar Allaha şəriklər qoşdular. De ki: “Onların isimlərini açıqlayın. Yoxsa siz (bununla) Ona yer üzündə bilmədiyi bir şeyi xəbər verirsiniz yaxud boş söz sərf edirsiniz?” Xeyr, inkar edənlərə öz hiylələri gözəl göstərildi onlar doğru yoldan sapdırıldılar. Allah kimi zəlalətə salarsa, daha onu doğru yola yönəldən olmaz.
M.Qənioğlu və T.Bilaloğlu:
Hər kəsə qazandığı şeylərə görə göz qoyan (Allah başqaları kimidirmi?) Onlar isə Allaha şəriklər qoşurlar. De: “Onları (öz adları ilə) adlandırın. Məgər siz (Allaha) yer üzündə bilmədiyi bir şeyi ya boş sözlərimi bildirirsiniz?" Xeyr, kafirlərin məkri özləri üçün bəzədilmişdir [yaxşı kimi göstərilmişdir] onlar yoldan çıxarılıblar. Allahın azdırdığına bir yol göstərən olmaz.
Sabirə Dünyamalıyeva:
Belə isə, qazandığı şeylər ilə birgə kəsin hər bir adamın üstünü kəsdirən/görən nəzarət edən kimdir? Onlar isə Allaha şəriklər qoşdular. De ki: "Onları adlandırın! Yoxsa siz Ona yer üzündə bilmədiyi bir şey, yaxud da sözün açığını xəbər verəcəksiniz? Əslində kafirlərə [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən kəslərə] öz planları gözəl göstərildi [onlar] Yoldan çıxarıldılar. Allah kimi azğınlığa salsa, onun üçün yol göstərən kimsə yoxdur.