Əlixan Musayev:
Qoy evlənməyə imkanı olmayanlar, Allah öz lütfü ilə onları varlandırana qədər, ismətlərini qorusunlar. Sahib olduğunuz kölələrdən (özünün azad olmasına dair sizdən) yazılı məktub istəyənlərə, – əgər onlarda bir xeyir görürsünüzsə – istədikləri məktubu yazıb verin. Allahın sizə verdiyi maldan onlara da verin. Əgər kənizləriniz ismətlərini qorumaq istəsələr, fani dünya malı əldə edəcəksiniz deyə onları zinakarlığa məcbur etməyin. Kim onları (bu işə) məcbur etsə, (bilsin ki), onlar məcbur edildikdən sonra Allah( onları )bağışlayar və Rəhm edər.
Bünyadov-Məmmədəliyev:
Evlənməyə qüvvəsi çatmayanlar (maddi imkanı olmayanlar) Allah öz lütfü ilə onlara dövlət verənə qədər iffətlərini qoruyub (özlərini zinadan) saxlasınlar. Kölələrinizdən mükatəbə etmək (əvvəlcədən bağlanılmış yazılı müqaviləyə əsasən müəyyən məbləğ pul qazanıb ağasına vermək şərtilə köləlikdən azad olmaq) istəyənlərlə - əgər onlarda bir xeyir (müqavilədəki şərtlərin yerinə yetirilməsi üçün qüdrət) görürsünüzsə - mükatəbə edin. Onlara Allahın sizə verdiyi maldan verin. (Zəkatdan onlara o qədər verin ki, özlərini satın alıb azad edə bilsinlər). Əgər cariyələriniz ismətlərini qoruyub saxlamaq istəsələr, fani dünya malı əldə etmək xatirinə onları zinaya məcbur etməyin. Kim onları (cariyələri zinakarlığa) məcbur edərsə, (bilsin ki) onların bu məcburiyyətindən sonra, əlbəttə, Allah (zinakarlığa vadar olanları) bağışlayar, rəhm edər. (Zinakarlığa vadar edilən cariyələrin günahı onlar bu işlə öz xoşuna deyil, zor gücünə məşğul olduqları üçün həmin cariyələrin özlərinə deyil, onları pul qazanmaq məqsədilə zinakarlığa sövq edən ağalarının boynuna düşər).
Elmir Quliyev
:
Пусть соблюдают целомудрие те, которые не находят возможности вступить в брак, пока Аллах не обогатит их из Своей милости. Если невольники, которыми овладели ваши десницы, хотят получить письмо о сумме выкупа, то дайте им такое письмо, если вы нашли в них добрые качества, и одарите их из имущества Аллаха, которое Он даровал вам. Не принуждайте своих невольниц к блуду ради обретения тленных благ мирской жизни, если они желают блюсти целомудрие. Если же кто-либо принудит их к этому, то Аллах после принуждения их будет Прощающим, Милосердным.
Ələddin Sultanov:
Evlənməyə gücü çatmayanlar isə, Allah Öz lütfü ilə onları zəngin edənə qədər iffətlərini qorusunlar. Kölələrinizdən mükatəbə etmək istəyənlərlə, əgər onlarda bir xeyir (qabiliyyət və etimad) görürsünüzsə, dərhal mükatəbə edin! Allahın sizə verdiyi maldan siz də onlara verin! Dünya həyatının mənfəətini əldə etmək məqsədilə namuslu qalmaq istəyən cariyələrinizi zinaya məcbur etməyin! Kim onları məcbur edərsə, (bilinməlidir ki,) onların bu məcburiyyətindən sonra, şübhəsiz ki, Allah (o cariyələri) bağışlayandır, rəhmlidir. (“Mükatəbə” kölə və cariyə ilə onların sahibi arasında bağlanan bir müqavilədir. Bu müqaviləyə görə, bir kölə, yaxud bir cariyə müəyyən bir məbləği sahibinə ödəməsi müqabilində özünün azad edilməsini istəyir. “Allahın sizə verdiyi maldan siz də onlara verin!” buyurulmaqla kölələrə və cariyələrə maddi köməklik olunması tövsiyə olunur ki, bu şəkildə daha tez azadlıqlarını əldə edə bilsinlər. Bu da onu göstərir ki, İslam dini birdən birə ləğv edilməsi mümkün olmayan quldarlıq sistemini tədriclə ortadan qaldırmaq istəmiş və bunun üçün bir sıra tədbirlər görmüşdür.)
Kerbelayi Malik ağa:
Nikaha imkan tapmayanlar Allah onları fəzli ilə zəngin edənə qədər iffətlərini qorusunlar! Əllərinizin altında malik olduqlarınızdan (kölələrinizdən, cariyələrinizdən) yazılı müqavilə (mukatəbə etmək) istəyənlərlə, əgər onlarda xeyir olduğunu bilsəniz, o zaman yazılı müqaviləni bağlayın. Allahın sizə verdiyi mallardan onlara verin. Gənc cariyələrinizi əgər namuslarını qorumaq (iffətli qalmaq) istəyərlərsə, dünya həyatının malını istəyərək zinaya məcbur etməyin. Kim onları zinaya məcbur etsə, o təqdirdə şübhəsiz ki, Allah onların məcbur edilmələrindən sonra Ğafurdur (bağışlayandır) Rəhimdir.
Ələsgər Musayev:
O kəslər ki, nigah etməyə imkanları yoxdur, gərək iffətli olsunlar, ta Allah Öz fəzlindən onları ehiyacsız edə. Əgər sizin qulluqçularınız sizdən yazı istəsələr, əgər onlarda xeyir bilsəniz, onda o yazını onlara verin və əta edin onlara Allahın malından ki, sizə əta edib. Və cavan kənizlərinizi ki, istəyirlər pak və nəcib qalsınlar, dünya malından ötrü pis işə məcbur etməyin. Kim onları məcbur edərsə, həqiqətən, Allah onların bu kərahətlərindən sonra Ğəfurdur, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Evlənmək (imkanı) tapmayanlar, Allah Öz lütfü ilə onların ehtiyaclarını aradan qaldırana kimi gərək iffətli olsunlar. (Qullardan özlərini almaq və pulu tədricən vermək üçün) yazılı müqavilə istəyənlərlə, əgər onlarda bir xeyir (həmin məbləği ödəmək və müstəqil həyat sürmək qüdrəti) bilsəniz, onlarla yazılı müqavilə bağlayın və Allahın sizə verdiyi ilahi maldan (zəkatın qulun azad olunmasında istifadə üçün müəyyənləşdirilmiş hissəsindən) onlara verin (ki, özlərini azad etsinlər). Və iffətli olmaq istəyən cavan kənizlərinizi, dünya malı tələbi ilə zinaya məcbur etməyin. Kim onları məcbur etsə, həqiqətən Allah onların məcbur edilmələrindən sonra (məcbur edilənə icbara məruz qaldığı üçün, məcbur edənə isə tövbə edəcəyi təqdirdə) çox bağışlayan və mehribandır.
Kövsər Tağıyev:
Evlənməyə imkanı çatmayanlar isə Allah onları öz lütfü ilə imkan sahibi edənə qədər iffətlərini qorusunlar. Sahib olduğunuz kölələrdən mükatəbə etmək istəyənlərə gəlincə əgər onlarda bir xeyir görsəniz, onlarla mükatəbə edin. Allahın sizə verdiyi maldan onlara verin. Dünya həyatının fani mənfəətlərini əldə etmək məqsədilə namuslu qalmaq istəyən cariyələrinizi əxlaqsızlığa məcbur etməyin. Kim onları buna məcbur edərsə, bilsin ki, şübhəsiz, onların məcburiyyət qarşısında qalmasından sonra Allah (onları) çox bağışlayandır, çox mərhəmətlidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Qoy evlənmək imkanı olmayanlar, Allah Öz lütfündən onları varlandırana qədər, özlərini saxlasınlar. Sizin kölələrinizdən (azad olunmaq) sənədini istəyənlərə onu yazıb verin, əgər özlərində bir xeyir görürsünüzsə. Allahın sizə verdiyi maldan onlara da verin. Əgər cariyələriniz namuslu qalmaq istəsələr, onları siz bu dünya həyatının ötəri şeylərinə tamah salaraq pozğunluğa vadar etməyin. Hər kim onları vadar edərsə, Allah, onlar vadar olunduqdan sonra (vadar edilənlər üçün) bağışlayandır, rəhmlidir.
Sabirə Dünyamalıyeva:
Və evlənməyə imkan tapa bilməyənlər; Allah öz lütfü ilə onlara dövlət verənə qədər iffətlərini qorusunlar. Qanunlar çərçivəsində himayənizə verilənlərdən azaldığa çıxmaq üçün yazı/müqavilə istəyənlərlə, əgər onlarda bir yaxşılıq [xeyir] görürsünüzsə, dərhal yazışın/müqavilə bağlayın. Allahın sizə verdiyi Allahın malından siz də onlara verin. Və bəsit dünya həyatının müvəqqəti mənfəətlərini əldə edəcəksiniz deyə, sərbəstliklərini qazanmaq, evlənmək istəyən gençlerinizi baş qaldırmaq/üsyan etmək məcburiyyətində qoymayın, onları mütləq azadlıqlarına qovuşdurun. Kim onları buna məcbur etsə, bilin ki, heç şübhəsiz Allah, onların məcbur edilməsindən sonra çox bağışlayan və mərhəmətlidir.