Nisa Surəsi 34. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allahın onlardan birini digərindən üstün etdiyinə öz mallarından xərclədiklərinə görə kişilər qadınlar üzərində himayəçidirlər. Əməlisaleh qadınlar Allaha itaət edər qorunması lazım gələn şeyləri Allahın himayəsi sayəsində qo-ruyub saxlayarlar. Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, yataqda onları tərk edin onları döyün! Əgər sizə itaət etsələr, onlara (əziyyət vermək üçün başqa) yol axtarmayın. Həqiqətən, Allah Ucadır, Böyükdür.
Bünyadov-Məmmədəliyev:
Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!
Elmir Quliyev :
Мужчины являются попечителями женщин, потому что Аллах дал одним из них преимущество перед другими, и потому что они расходуют из своего имущества. Праведные женщины покорны и хранят то, что положено хранить, в отсутствие мужей, благодаря заботе Аллаха. А тех женщин, непокорности которых вы опасаетесь, увещевайте, избегайте на супружеском ложе и побивайте. Если же они будут покорны вам, то не ищите пути против них. Воистину, Аллах Возвышенный, Большой.
Ələddin Sultanov:
Allahın insanların bir qismini digərlərinə üstün etməsinə öz mallarından (qadınlar üçün) sərf etdiklərinə görə, kişilər qadınların idarəçisi himayədarlarıdır. Əməlisaleh qadınlar itaətkardırlar. Allah onları qoruduğu üçün onlar da gizli olanı (namuslarını) qoruyarlar. Özbaşınalıq etməsindən qorxduğunuz qadınlara gəlincə, onlara nəsihət edin, (yola gəlməzlərsə,) yataqda onları yalnız buraxın (yenə yola gəlməzlərsə,) onları döyün! Əgər sizə itaət edərlərsə, artıq onlar üçün başqa bir yol axtarmayın! Şübhəsiz ki, Allah ucadır, böyükdür.
Kerbelayi Malik ağa:
Kişilər mallarından xərcləmələri səbəbiylə Allahın onların bir qismini digərlərindən üstün etdiyinə görə qadınların üzərində daha çox ixtiyar sahibidirlər (himayəçi, idarə edicidirlər). Bu baxımdan saleh əməl (nəfsini islahedici əməl) edən qadınlar itaətkardırlar, Allahın (onların haqqlarını iffətlərini) qorumasıyla, onlar da qeybdə (ərlərinin yoxluğunda həm özlərini, həm ərlərinin mal şərəfini) qoruyandırlar. İtaətsizliklərindən (özbaşınalıq etmələrindən) qorxduğunuz (qadınlara) isə (öncə) nəsihət edin. (Sonra da) yataqlarınızı ayırın. (Hələ itaət etməzlərsə) onları vurun. Bundan sonra əgər sizə itaət etsələr, artıq onların əleyhinə başqa bir yol axtarmayın. Şübhəsiz ki, Allah Alidir (ucadır), Kəbirdir (böyükdür).
Ələsgər Musayev:
Kişilər qəyyümdurlar üzərində qadınların ilə ki, fəzlətli edib Allah bəzilərini üzərində bəzisinin ilə ki, infaq edirlər öz mallarından. saleh qadın itaətkarlar hivz edirlər gizli olanı ilə ki, hivz edir Allah. Xəta etmələrindən qorxarsınız, əvvəl nəsihət edin bir müddət tərk edin onları yataqlarında vurun onları. Əgər itaət etdilər sizə, onda onların əleyhinə bir yol axtarmayın. Həqiqətən, Allah oldu Ali, Kəbir!
A.Mehdiyev və D.Cəfərli:
Allah bəzilərini (kişiləri düşüncə, ruh cismani qüvvə baxımından) digər bəzilərindən (qadınlardan) üstün etdiyi üçün kişilər qadınların ixtiyar sahibidir (və buna görə cəmiyyətin işlərinin peyğəmbərlik imamət məqamı ilə, eləcə məsum tərəfindən təyinatla idarə olunmasını kişilərə məxsus etmişdir). Həmçinin kişilər mallarından (arvadlarına) xərclədikləri üçün öz arvadlarının ixtiyar sahibidirlər. Buna görə ləyaqətli qadınlar itaətkardırlar Allahın (onların hüquqlarını) qoruması müqabilində onlar da (ərləri yanlarında olmayanda onların hüquqlarını, sirlərini, mallarını) qoruyurlar. (Müştərək həyatla bağlı məsələlərdə) itaətsizliklərindən qorxduğunuz qadınlara (əvvəlcə) nəsihət edin (sonra) yataqda onlardan uzaqlaşın (əgər yenə xeyri olmasa, şəriət qanunu çərçivəsində) onları vurun. Beləliklə əgər sizə itaət etsələr daha (bundan sonra) onlara (əziyyət etmək üçün) bir yol axtarmayın. Həqiqətən Allah məqamı uca böyükdür.
Kövsər Tağıyev:
Kişilər qadınları qoruyub saxlayandırlar. Çünki Allah insanların bəzisini bəzisindən üstün etmişdir. Bir kişilər öz mallarından xərcləyir (və ailənin dolanışığını təmin edir)lər. Yaxşı qadınlar itaətkardırlar. Allahın (onları) qoruması sayəsində onlar da “qeyb”i qoruyurlar. (Evlilikdən yaranan öhdəlikləri rədd edərək) baş qaldırdıqlarını gördüyünüz qadınlara öyüd verin, onları yataqlarında yalnız buraxın. (Bunların bir faydası olmasa məcbur qalsanız) onları (yüngülcə) döyün. Əgər itaət etsələr, daha onların əleyhinə başqa bir yol axtarmayın. Şübhəsiz, Allah çox ucadır, çox böyükdür.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah birini [kişini] digərindən [qadından] üstün etdiyinə görə kişilər öz mallarından sərf etdiklərinə görə (bütün işlərdə) qadınlara himayədardırlar. Əməlisaleh o qadınlardır ki, onlar itaətkardırlar, qorunub saxlanılması Allah tərəfindən buyurulanı (ərinin) olmadığı vaxtda da qoruyub saxlayırlar. İtaətsizliyindən qorxduğunuz qadınlara nəsihət verin, yataqlarını tərk edin onları döyün. Əgər sizə itaət edərlərsə, onda onlara qarşı başqa bir yol aramayın. Həqiqətən, Allah uludur, böyükdür.
Sabirə Dünyamalıyeva:
Allahın, bəzi şeyləri bəzisindən çox [üstün] etməsi, həmçinin kişilərin [öz] mallarından xərcləməsi səbəbiylə kişilər, qadınların üstündə yaxşı himayəçi yaxşı nəzarətçidir. Bu halda, saleh qadınlar Allaha itaət edənlərdir; Allahın qoyduğu qanunlara tabe olanlardır, Allahın qoruduğu şey səbəbiylə, başlarına hələ gəlməyən, lakin gələ biləcək fəlakətlərə qarşı qoruyanlardır. Özbaşınalıq edərək özünü sataşma təcavüz riski ilə qarşı-qarşıya qoymasından qorxduğunuz qadınlara da öyüd verin yanları üstündə yatdıqları yerdə; öz ölkənizin sərhədləri daxilində [onları] hicrət etdirin onlara təzyiq edin. Ondan sonra sizə ehtiram göstərsələr, artıq onların əleyhində başqa bir yol axtarmayın. Allah çox ucadır, çox böyükdür.