Nəhl Surəsi 35. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Müşriklər dedilər: “Əgər Allah diləsəydi, biz də, atalarımız da Ondan başqa heç nəyə ibadət etməz Onun izni olmadan heç nəyi haram saymazdıq!” (Bəli,) onlardan əvvəlkilər eynilə davranmışdılar. Məgər elçilərin vəzifəsi ancaq aydın təbliğat aparmaq deyilmi?
Bünyadov-Məmmədəliyev:
Müşriklər (nadanlıqları üzündən ya istehza məqsədilə) dedilər: “Əgər Allah istəsəydi, biz, atalarımız Ondan başqa heç bir şeyə tapınmaz, Onsuz (Allahın razılığı, hökmü olmadan) heç bir şeyi haram etməzdik”. Onlardan əvvəlkilər belə etmişdilər. Peyğəmbərlərin vəzifəsi isə yalnız açıq-aşkar bir təbliğdir. (Peyğəmbərlər heç kəsi zorla bir işə vadar etməz. Onların borcu ancaq Allahın hökmlərini insanlara təbliğ etmək, insanların borcu isə Allahın onlara verdiyi ağıl iradə ilə haqqı batildən ayırmaq, yaxşı işlər görüb savab qazanmaqdır).
Elmir Quliyev :
Многобожники говорят: "Если бы Аллах захотел, то ни мы, ни наши отцы не стали бы поклоняться ничему, кроме Него, и мы не стали бы запрещать что-либо вопреки Ему". Так же поступали те, которые жили прежде. Разве на посланников было возложено что-либо, кроме ясной передачи откровения?
Ələddin Sultanov:
Müşriklər dedilər: “Əgər Allah diləsəydi, biz, atalarımız Ondan başqasına ibadət edərdik. Onun əmri olmadan heç bir şeyi haram etməzdik”. Onlardan əvvəlkilər belə etmişdilər. Peyğəmbərlərin vəzifəsi isə yalnız açıq-aşkar bir təbliğdir.
Kerbelayi Malik ağa:
Şirk qoşanlar: ‘Əgər Allah diləsəydi, biz Ondan başqa bir şeyə qul olmazdıq. Atalarımız da qul olmazdı. Onun əmrindən başqa bir şeyi haram etməzdik.’ dedilər. Onlardan əvvəlkilər belə etdilər. Artıq rəsulların üzərində açıq-aşkar təbliğdən başqa (bir məsuliyyət) varmı?
Ələsgər Musayev:
O kəslər ki, müşrikdirlər, dedi: «Əgər Allah istəsəydi, biz atalarımız Ondan başqa bir şeyə ibadət etməzdik haram etməzdik Onun əvəzinə bir şeyi». Belə fəaliyyət etdilər o kəslər ki, bunlardan qabaq var idilər. Ə, rəsulların üzərində ancaq aşkar təbliğdən başqa bir şeymi var?
A.Mehdiyev və D.Cəfərli:
müşriklər dedilər: «Əgər Allah istəsəydi biz atalarımız Ondan başqa bir şeyə ibadət etməz Onsuz (Onun icazəsi olmadan) bir şeyi haram etməzdik! (O belə bir şeyi istəmədiyi üçün bizə əzab da yoxdur.)» (Bəli) onlardan qabaqkılar da bu cür etmişdilər. Belə isə, məgər Bizim peyğəmbərlərin öhdəsinə açıq-aşkar təbliğdən başqa bir şey (vəzifə) düşür?! (Onların cavabında belə deyin: Allah küfrün olmamasını halalın haram edilməməsini qəti iradə ilə istəməmişdir. Çünki bu, şəriətin müəyyənləşdirdiyi vəzifələrin ixtiyarla azad şəkildə yerinə yetirilməsi ilə ziddiyyət təşkil edir. Amma bununla belə, O, həmin işləri qadağan etmişdir küfr əzab da bu qadağaya daxildir.)
Kövsər Tağıyev:
Allaha şərik qoşanlar dedilər ki: “Allah istəsəydi, biz, atalarımız Ondan başqa bir şeyə tapınmaz, Onun əmri olmadan heç bir şeyi haram (qəbul) etməzdik”. Onlardan əvvəlkilər belə etmişdi. Peyğəmbərlərin öhdəsinə düşən sadəcə açıq-aşkar təbliğdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allaha şərik qoşanlar deyərlər: "Əgər Allah istəsəydi, biz Ondan başqa heç kimə ibadət etməzdik, biz, ata-babalarımız. Onun (izni) olmadan biz heç nəyi haram buyurmazdıq". Onlardan əvvəlkilər belə edirdilər. Məgər peyğəmbərlərin üzərinə aydın bəyandan başqa bir şeymi düşür?
Sabirə Dünyamalıyeva:
Allaha şərik qoşan bu kəslər: "Allah istəsəydi, biz atalarımız Onun altındakılardan heç bir şeyə ibadət etməzdik Onun altındakılardan heç bir şeyi haram etməzdik/müqəddəs qəbul etməzdik" dedilər. Onlardan əvvəlki kəslər belə etdilər. Elçilərin vəzifəsi ancaq açıq-aşkar bir təbliğdən başqa olar?