Əlixan Musayev:
Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– (deyə), elçi göndərdik. Onlardan kimisini Allah hidayət yoluna yönəltmiş, kimisinə də azmaq nəsib etmişdir. Yer üzündə gəzib dolaşın və görün (haqqı) yalan sayanların aqibəti necə oldu!
Bünyadov-Məmmədəliyev:
Biz hər ümmətə: “Allaha ibadət edin, Tağutdan çəkinin! – deyə peyğəmbər göndərmişdik. Onlardan bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə (Allahın əzəli elmi ilə) haqq yoldan azmalı olmuşdur. (Ey müşriklər!) Yer üzündə dolaşıb görün ki, (peyğəmbərləri) yalançı hesab edənlərin axırı necə oldu!
Elmir Quliyev
:
Мы отправили к каждой общине посланника: "Поклоняйтесь Аллаху и избегайте тагута!" Среди них есть такие, которых Аллах наставил на прямой путь, и такие, которым было справедливо предначертано заблуждение. Ступайте же по земле и посмотрите, каким был конец неверующих.
Ələddin Sultanov:
Şübhəsiz, Biz hər bir ümmətə: “Allaha ibadət edin və Tağutdan (bütlərdən) uzaq durun!” - deyə (əmr etmələri üçün) peyğəmbər göndərdik. Allah onlardan bir qismini doğru yola yönəltmişdir. Onlardan bir qisminin də zəlalətdə qalması vacib olmuşdur. Ona görə də yer üzündə dolaşın və (peyğəmbərləri) yalanlayanların aqibətinin necə olduğunu görün!
Kerbelayi Malik ağa:
And olsun ki, Biz bütün ümmətlərin (millətlərin, qövmlərin) içərisində rəsul bəas etdik (həyata gətirdik, vəzifələndirdik). (Allaha təslim olmağı diləyərək) Allaha qul olsunlar və tağutdan (insan və cin şeytanlardan) çəkinsinlər (çəkinib xilas olsunlar) deyə. Onların bir qismini Allah hidayətə ərdirdi və bir qisminin üzərinə dəlalət haqq oldu. Artıq yer üzündə gəzib dolaşın. Beləcə yalanlayanların aqibətinin necə olduğunu baxıb görün.
Ələsgər Musayev:
Qaldırdıq külli ümmətdə rəsul ki, Allaha ibadət edin və
Tağutdan uzaq olun. Onlardan kimini Allah hidayət etdi və
onlardan kiminin üzərində haqq oldu zəlalət. Seyr edin ərzdə
və nəzər salın, necə oldu yalan sayanların aqibəti!
A.Mehdiyev və D.Cəfərli:
Əlbəttə, Biz hər bir ümmətin içərisindən bir peyğəmbər seçdik ki: «Allaha ibadət edin və (şeytan və insan) tağut(ların)dan uzaq olun.» Beləliklə Allah onların bəzisini (dəvətin əslini qəbul edənləri kamal mərhələlərinə) hidayət etdi və onlardan bəzisinə (dəvəti rədd edənlərə) zəlalət və azğınlıq qətiləşdi. Buna görə də, yer üzündə gəzin və təkzib edənlərin aqibətinin necə olduğuna baxın!
Kövsər Tağıyev:
And olsun, biz hər ümmətə “Allaha qulluq edin, tağutdan uzaq durun” deyə peyğəmbər göndərdik. Allah onlardan kimini doğru yola yönəltdi, kiminə də (öz seçimləri səbəbi ilə) zəlalət haqq oldu. İndi yer üzündə dolaşın, peyğəmbərləri təkzib edənlərin aqibətinin necə olduğunu görün.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz hər millətə bir peyğəmbər göndərərək: "Allaha ibadət edin! Tağutdan [bütlərdən] uzaq olun!" - dedik. Onlardan eləsi oldu ki, Allah onu düz yola çəkdi, eləsi də oldu ki, ona yolu azmaq nəsib oldu. Yer üzündə gəzib dolaşaraq, (peyğəmbərləri) yalançı hesab edənlərin aqibətinin necə olduğuna nəzər salın.
Sabirə Dünyamalıyeva:
Və and olsun ki, Biz hər ümmətə: "Allaha ibadət edin və tağutdan[#291] çəkinin" deyə bir elçi göndərdik. Artıq, Allah bu ümmətlərdən bir qisiminə doğru yolu göstərdi, bir qisiminə da azğınlıq haqq oldu. İndi yer üzündə gəzib-dolaşın və baxın görün inkar edənlərin aqibəti necə oldu!