Əlixan Musayev:
Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər. Allaha və Onun Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür.
Bünyadov-Məmmədəliyev:
Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!
Elmir Quliyev
:
Для верующего мужчины и верующей женщины нет выбора при принятии ими решения, если Аллах и Его Посланник уже приняли решение. А кто ослушается Аллаха и Его Посланника, тот впал в очевидное заблуждение.
Ələddin Sultanov:
Allah və Onun peyğəmbəri bir işə hökm etdiyi zaman mömin kişi və mömin qadının o işdə (öz istəklərinə görə) seçmə hüququ yoxdur. Kim Allaha və Onun peyğəmbərinə qarşı çıxarsa, şübhəsiz, o, açıq-aydın bir zəlalətə düşmüş olar.
Kerbelayi Malik ağa:
Mömin kişi və mömin qadının Allah və Onun Rəsulu onlar üçün bir işin olmasına hökm etdiyi (qərar verdiyi) zaman öz işlərində seçim haqqı ola bilməz. Kim Allah və Onun Rəsuluna asi olsa (itaət etməzsə), o təqdirdə açıq-aşkar bir dəlalət ilə sapmış olar.
Ələsgər Musayev:
Olmadı mömin və möminə üçün, onda ki, qəzavat edir
Allah və Onun rəsulu ona əmrnən ki, olsun onlar üçün
ixtiyariyyat əmrlərindən onların. Kim asi olarsa Allaha və
Onun rəsuluna, fəqət zəlil olaraq aşkar zəlalətə düşübdür.
A.Mehdiyev və D.Cəfərli:
Və heç bir mömin kişiyə və möminə qadına yaraşmaz və şər’ən caiz və əqlən rəva deyildir ki, Allah və Onun Rəsulu (onların barəsində) bir fərman verdikdə, onların öz işlərində ixtiyar sahibi olsunlar. Və kim Allaha və Onun Rəsuluna itaətsizlik etsə (asi olsa), şübhəsiz açıq-aşkar bir azğınlığa düşmüşdür.
Kövsər Tağıyev:
Allah və Rəsulu bir iş haqqında hökm verdikləri zaman heç bir mömin kişi və heç bir mömin qadın üçün öz işləri barəsində öz ixtiyarları ilə başqa bir yol tutmaq haqları yoxdur. Kim Allaha və Rəsuluna qarşı gəlsə, şübhəsiz ki, o, açıq-aşkar zəlalətə düçar olmuşdur.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah və Onun peyğəmbəri hər hansı iş barəsində hökm verdiyi zaman, nə bir mömin kişi, nə də bir mömin qadının öz işlərində (başqa yolu) seçməyə haqları vardır. Kim Allaha və Onun peyğəmbərinə asi olarsa, yolu açıq-aşkar azmış olar.
Sabirə Dünyamalıyeva:
Və Allah və Elçisi bir işə hökm verəndə, heç bir mömin kişiyə və mömin qadına öz işlərində sərbəstlik [öz ixtiyarları ilə hərökət etmək] yoxdur. Və kim Allaha və Elçisinə üsyan edərsə o, açıq-aydın azğınlığa düşmüşdür.