Əlixan Musayev:
Şübhəsiz ki, kafir olanlar (insanları) Allah yolundan sapdırmaq üçün öz mallarını sərf edirlər. Onlar onu sərf edəcək, sonra bunun peşmançılığını çəkəcək, daha sonra isə məğlub ediləcəklər. Kafir olanları Cəhənnəmə toplayacaqlar ki,
Bünyadov-Məmmədəliyev:
Küfr edənlər öz mallarını (insanları) Allah yolundan döndərmək (islamı qəbul etməyə mane olmaq) üçün sərf edərlər. Onlar mallarını sərf edəcək, lakin sonra (məqsədlərinə çata bilmədiklərinə görə) peşman olacaq, axırda da məğlub ediləcəklər. Kafirlər Cəhənnəm tərəfə sürüklənəcəklər ki,
Elmir Quliyev
:
Воистину, неверующие расходуют свое имущество для того, чтобы сбить других с пути Аллаха. Они будут расходовать его, а затем будут сожалеть об этом, а вслед за тем они будут повержены. Неверующие будут собраны в Геенне,
Ələddin Sultanov:
Həqiqətən, kafirlər mallarını (insanları) Allah yolundan döndərmək üçün xərcləyirlər, (bundan sonra da) xərcləyəcəklər. Sonra bu onlar üçün bir peşmançılıq olacaq, bunun ardınca da məğlub olacaqlar. Kafirlər cəhənnəmə toplanacaqlar. (Bədr və digər döyüşlərdə müşriklər bütün sərvətlərini ortaya qoyaraq müsəlmanları məğlub etmək üçün əllərindən gələni etdilər, ancaq axırda özləri məğlub oldular. Yuxarıdakı ayədə onların bu əməllərinə işarə edilir.)
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, kafirlər Allahın yolundan sapdırmaq (mane olmaq) üçün mallarını infaq edərlər (verərlər). Bu şəkildə (davam edərək) onu (mallarını) infaq edəcəklər, sonra onlar peşman olacaqlar. Sonra da onlar məğlub olacaqlar. Kafir olanlar cəhənnəmdə həşr olunacaqlar (toplanacaqlar).
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, kafirdirlər, infaq edirlər mallarını sədd çəkmək üçün yolundan Allahın. Infaq edəcəklər onu, sonra olacaq üzərində onların həsrət. Sonra məğlub ediləcəklər. O kəslər ki, kafirdirlər, cəhənnəmə tərəf toplanarlar
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, kafirlər öz mallarını (Bədr, Ühüd və digər müharibələrdə olduğu kimi insanları) Allahın yolundan saxlamaq üçün xərcləyirlər. Tezliklə hamısını xərcləyəcəklər, (amma bu) sonra onlar üçün bir həsrət (dağı) olacaqdır və daha sonra məğlub olacaqlar. Kafirlər (Qiyamət günü öz qəbirlərindən) Cəhənnəmə doğru toplanacaqlar.
Kövsər Tağıyev:
Şübhə yoxdur ki, inkar edənlər mallarını (insanları) Allah yolundan yayındırmaq üçün xərcləyirlər və xərcləyəcəklər. Sonra bu mallar onları peşman edəcək, sonra da məğlubiyyətə uğrayacaqlar. İnkar edənlər toplanıb cəhənnəmə sürüklənəcəklər.
M.Qənioğlu və T.Bilaloğlu:
Küfr edənlər (adamları) Allah yolundan döndərmək üçün mal- dövlətlərini sərf edirlər. Onu sərf edəcəklər, sonra bu, onlar üçün bir peşmançılıq olacaq, sonra da onlar məğlub ediləcəklər. Kafirlər cəhənnəmə toplanacaqlar ki,
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, mallarını Allah yolundan döndərmək üçün xərcləyən kafirlər [Allahın məbud və rəbb olduğunu örtən kəslər]; yenə də onu xərcləyəcəklər. Sonra onlara bir peşmanlıq üz verəcək, sonra da onlar məğlub olacaqlar ki,