Rum Surəsi 37. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər onlar görmürlərmi ki, Allah istədiyinin ruzisini bol edir, (istədiyininkini )azaldır? Həqiqətən, bunda iman gətirən adamlar üçün ibrətlər vardır.
Bünyadov-Məmmədəliyev:
Məgər onlar Allahın istədiyi kimsənin ruzisini bol etdiyini (istədiyininkini də) azaltdığını görmürlərmi?! Həqiqətən, bunda iman gətirən bir tayfa üçün ibrətlər vardır!
Elmir Quliyev :
Разве они не видят, что Аллах увеличивает или ограничивает удел, кому пожелает? Воистину, в этом знамения для людей верующих.
Ələddin Sultanov:
Onlar Allahın istədiyi kimsənin ruzisini bol etdiyini, istədiyininkini azaltdığını görmədilərmi? Həqiqətən, iman gətirənlər üçün bunda ibrətlər vardır.
Kerbelayi Malik ağa:
Onlar Allahın dilədiyinə ruzini artırdığını (dilədiyinə) azaltdığını görmədilərmi? Şübhəsiz ki bunda, mömin bir qövm üçün ayələr (ibrətlər) vardır.
Ələsgər Musayev:
Ə, onlar görməzlərmi, Allah genişləndirir ruzisini kimə istəsə qədərində edir? Həqiqətən, bunda ayətlər var inanan qoum üçün!
A.Mehdiyev və D.Cəfərli:
Allahın istədiyi hər bir kəsin (varlıq aləminin tam nizamının tələbatına uyğun olaraq) ruzisini bol etdiyini, yaxud azaltdığını görmürlərmi?! Şübhəsiz, bunda (bu işdə) mömin bir qövm üçün (Allahın qüdrəti, tədbiri hikmətinə dair) nişanələr (ibrətlər) vardır.
Kövsər Tağıyev:
Onlar görmədilərmi ki, Allah istədiyinin ruzisini bol verir (istədiyininkini də) azaldır. Həqiqətən, bunda inanan bir toplum üçün ibrətlər var.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər onlar Allahın istədiyi kəsə ruzini bol etdiyini (istədiyi kəsə) az etdiyini görmürlər? Həqiqətən, iman gətirən adamlar üçün bunda ibrətlər vardır.
Sabirə Dünyamalıyeva:
Onlar, həqiqətən Allahın dilədiyi kimsəyə ruzini bol verdiyini [yaxud] məhdudlaşdırdığını da görmürlərmi? Şübhəsiz ki, bunda iman gətirən bir qövm üçün işarətlər/nişanələr var.