Məhəmməd Surəsi 38. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Budur, siz Allah yolunda (malınızdan) xərcləməyə dəvət edilirsiniz. Aranızda isə simiclik edənlər tapılır. Kim simiclik etsə, ancaq öz əleyhinə etmiş olar. Allah Zəngin, siz isə kasıbsınız. Əgər üz çevirsəniz, yerinizə sizin tayınız olmayan başqa insanlar gətirər.
Bünyadov-Məmmədəliyev:
Budur, siz (mal-dövlətinizin yalnız qırxda birini) Allah yolunda sərf etməyə çağırılan kimsələrsiniz. Bununla belə içərinizdə xəsislik edən vardır. Hər kəs xəsislik etsə, ancaq özünə qarşı xəsislik etmiş olar. (Bunun zərəri yalnız özünə toxunar). Allah zəngin, siz isə yoxsulsunuz (Allah sizə möhtac deyildir, siz Ona möhtacsınız). Əgər (Ondan) üz döndərsəniz, (sizi yox edib) yerinizə sizlər kimi olmayan (Allaha cani-dildən ibadət itaət edən) başqa bir qövm gətirər!
Elmir Quliyev :
Вот вас призывают делать пожертвования на пути Аллаха, и среди вас находятся такие, которые скупятся. Кто скупится, тот скупится только во вред себе. Аллах богат, а вы бедны. И если вы отвернетесь, Он заменит вас другими людьми, и они не будут подобны вам.
Ələddin Sultanov:
Budur, siz Allah yolunda infaq etməyə dəvət olunursunuz. Ancaq içinizdə xəsislik edənlər var. Kim xəsislik edərsə, ancaq öz əleyhinə xəsislik etmiş olar. Allah zəngindir, siz isə yoxsulsunuz. Əgər (haqdan) üz döndərsəniz, O sizin yerinizə başqalarını gətirər. Onlar isə sizin kimi olmazlar.
Kerbelayi Malik ağa:
Siz beləsiniz. Allah yolunda (mallarınızı) sərf etməyə dəvət edilirsiniz, buna baxmayaraq sizdən bir qisminiz xəsislik edər. Kim xəsislik etsə, o zaman yalnız öz nəfsi əleyhinə xəsislik edər. Allah Ğanidir (zəngindir). Sizlər kasıbsınız. Əgər siz dönsəniz, (sizi) sizdən başqa bir qövmlə dəyişdirər. Sonra onlar sizin kimi (xəsis) olmazlar.
Ələsgər Musayev:
Hə, siz bunlarsınız ki, çağırılırsız Allah yolunda xərcləməyə. Ancaq sizlərdən var ki, simiclik edirlər. Kim simiclik edirsə, yalnız öz nəfsinə qarşı simiclik edir. Həqiqətən, Allah Qənidir siz fəqirsiz! Əgər üz döndərsəniz, onda O sizi başqa qoumla əvəz edər sonra onlar sizin misliniz olmazlar.
A.Mehdiyev və D.Cəfərli:
Bilin ki, siz Allah yolunda xərcləməyə çağırılanlarsınız. Sizlərdən bəzisi xəsislik edir. Kim xəsislik etsə yalnız özünə qarşı xəsislik edir. Ehtiyacsız (zəngin) olan Allah, möhtac olan isə sizsiniz. Əgər (Onun dinindən) üz döndərsəniz sizin yerinizə digər bir dəstəni gətirər (və) onda onlar sizin kimi olmazlar.
Kövsər Tağıyev:
Siz Allah yolunda xərcləməyə çağırılırsınız. Lakin sizdən xəsislik edənlər var. Kim xəsislik edərsə, sadəcə öz zərərinə xəsislik etmiş olar. Allah hər baxımdan sonsuz zəngindir, siz isə yoxsulsunuz. Əgər ondan üz çevirsəniz, yerinizə başqa bir qövm gətirər, onlar da sizin kimi olmazlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Siz Allah yolunda xərc çəkməyə çağırılan kəslərsiniz. Sizlərdən xəsislik edəni vardır. Kim xəsislik edərsə, özünə qarşı xəsislik etmiş olar. Axı Allah varlı olandır, siz isə fəqirsiniz! Əgər siz üz döndərsiniz, onda O, sizi başqa adamlarla əvəz edər sonra onlar sizin kimi olmazlar.
Sabirə Dünyamalıyeva:
Siz, Allah yolunda xərcləməyə dəvət edilən kəslərsiniz. Belə olduğu halda, içinizdən bəziləri xəsislik edir. kim xəsislik etsə, öz mənliyindən [özünə qarşı] xəsislik edər. Allah zəngin, siz isə yoxsulsunuz. Əgər siz üz döndərsəniz, Allah sizin yerinizə başqa bir qövm gətirər. Sonra onlar, sizin kimi olmazlar [sizə oxşamazlar].