Əlixan Musayev:
(Allah) deyəcək: “Sizdən əvvəl gəlib-getmiş (günahkar) cin və insan tayfaları ilə birlikdə Oda girin!” Hər tayfa (Oda) girdikcə havadarlarını lənətləyəcəkdir. Nəhayət, hamısı orada toplandığı zaman sonrakılar əvvəlkilər barəsində deyəcəklər: “Ey Rəbbimiz! Bunlar-dır bizi azdıran! Elə isə Odda bunlara ikiqat əzab ver!” (Allah) deyəcək: “(Əzab) hər kəs üçün ikiqatdır, lakin siz (bunu) bilmirsiniz!”
Bünyadov-Məmmədəliyev:
(Allah qiyamət günü onlara) buyuracaq: “Sizdən əvvəl gəlib-getmiş (kafir) cin və insan tayfaları ilə birlikdə Cəhənnəmə girin!” Hər tayfa girdikcə (özündən əvvəlki) dindaşına və tayfadaşına (onu doğru yoldan azdırdığı üçün) lənət oxuyacaq. Nəhayət, hamısı birlikdə orada (Cəhənnəmdə) toplandığı zaman sonra gələnlər (tabe olanlar) əvvəl gələnlər (tabe olduqları) barəsində deyəcəklər: “Ey Rəbbimiz! Bizi azdıran bunlardır. Bunlara ikiqat cəhənnəm əzabı ver! (Allah) buyuracaq: “Hər birinizi ikiqat əzab gözləyir, lakin siz bilmirsiniz!”
Elmir Quliyev
:
Аллах скажет: "Войдите в Огонь вместе с народами из числа джиннов и людей, которые прожили до вас". Каждый раз, когда один народ будет входить туда, он будет проклинать родственный ему народ. Когда же они будут собраны там вместе, то последние из них скажут о первых: "Господь наш! Это они ввели нас в заблуждение. Удвой же их мучения в Огне". Он скажет: "Всем воздастся вдвойне, но вы не знаете этого".
Ələddin Sultanov:
Allah buyuracaq: “Sizdən əvvəl gəlib-keçmiş cin və insan tayfalarının arasında siz də cəhənnəmə girin!” Hər tayfa girdikcə yoldaşlarına lənət oxuyacaqlar. Nəhayət, hamısı bir-biri ardınca orada toplandığı zaman sonradan gələnlər, daha əvvəl gələnlər barəsində: “Ey Rəbbimiz! Bizi bunlar sapdırdı. Ona görə də onlara ikiqat cəhənnəm əzabı ver!” - deyəcəklər. (Allah da): “Hər kəs üçün ikiqatı (əzab) vardır, lakin siz bilmirsiniz”, - deyəcəkdir.
Kerbelayi Malik ağa:
(Allahu Təala) buyurdu: ‘Sizdən əvvəl gəlib getmiş olan, atəş içərisindəki insan və cin topluluğunun arasına daxil olun. Hər ümmət hər dəfə daxil olduğu zaman hamısı orada ard-arda toplanınca, (sapmalarına səbəb olan) yoldaşlarına lənət etdilər. Sonrakılar əvvəlkilər üçün: ‘Rəbbimiz, bizi dəlalətə düşürənlər bunlardır, artıq onlara atəşdən ikiqat əzab ver.’ dedilər. Allahu Təala belə buyurdu: ‘Hər kəs üçün ikiqat əzab vardır. Lakin siz bilməzsiniz.’
Ələsgər Musayev:
Deyər: «Daxil olun sizdən qabaq gəlib getmiş, od içərisində olan cinlərdən və insanlardan ibarət ümmətin arasına!» Külli nə ki, daxil oldu ümmət, lənətləyir bacılığını. Ta onda ki, dərk etdilər orada cəmiyyən, dedi axırdakılar əvvəlkilər üçün: «Rəbbimiz! Bunlardır ki, bizi zəlalətə saldılar. Onların əzabını iki qat artır oddan!» Dedi: «Külli üçün iki qatdır və lakin bilmirsiniz!»
A.Mehdiyev və D.Cəfərli:
(Allah, yaxud həmin mələk) deyəcək: «Siz də, sizdən qabaq (gəlib) keçmiş cin və ins(an) ümmətləri içərisində oda daxil olun». Hər bir dəstə daxil olan zaman öz dindaşlarını lənətləyər. Nəhayət orada hamısı bir-birinə qovuşan zaman sonrakılar (tabe olmuş dəstə) əvvəlkilər (rəhbərlər) barəsində deyərlər: «Ey Rəbbimiz, bizi azdıranlar bunlardır, buna görə də onlara ikiqat Cəhənnəm əzabı ver». Allah buyuracaq: «Hər biriniz üçün ikiqatdır (rəhbərlər üçün yolu azmaq və başqalarını azdırmaq əzabı, tabe olanlar üçün isə azmaq və küfrü qüvvətləndirmək əzabı) və lakin siz bilmirsiniz».
Kövsər Tağıyev:
Allah belə deyər: “Sizdən əvvəl gəlib geçmiş cin və insan topluluqları ilə birlikdə cəhənnəm oduna girin”. Hər topluluq (arxasınca gedib zəlalətə düşdüyü) yoldaşına lənət edər. Nəhayət, hamısı orada toplandığı zaman arxalarından gedənlər özlərinə öndərlik edənlər üçün: “Ey Rəbbimiz! Bunlar bizi azdırdılar. Onlara iki qat artıq cəhənnəm əzabı ver”, – deyərlər. Allah deyər ki: “Hər biriniz üçün iki qat artıq əzab var. Lakin bilmirsiniz”.
M.Qənioğlu və T.Bilaloğlu:
O, deyəcək: "Sizdən əvvəl gəlib-getmiş cin və insan tayfaları ilə birlikdə girin cəhənnəm oduna!" Hər dəfə bir tayfa daxil olarkən digərini lənətləyəcəkdir. Hamısı orada toplaşandan sonra ən son gələnlər əvvəlkilər barəsində deyəcəklər: "Rəbbimiz, bunlar bizi yoldan çıxarıblar, cəhənnəm odundan onlara ikiqat əzab ver!" O, deyəcək: "Hər ikinizə ikiqat (əzab olacaq), ancaq siz bilmirsiniz".
Sabirə Dünyamalıyeva:
Allah, "Sizdən əvvəl gəlib-keçən, tanıdığınız və tanımadığınız, od içinə girmiş, lideri olan camaatların arasına girin!" deyər. Hər camaat girərkən qardaşını özgələşdirərək özündən uzaqlaşdırar. Nəhayət hamısı oraya yığışdıqda, sonrakılar əvvəlkilər haqqında, "Rəbbimiz, bizi bax bunlar azdırdı. Onlara oddan qatbəqat əzab ver" deyərlər. Allah, "Hər kəsə qatbəqatdır, lakin siz bilmirsiniz" deyər.