Əlixan Musayev:
Məgər onlar Allaha və Axirət gününə iman gətirib Allahın onlara verdiyi ruzidən (Onun yolunda) xərcləsəydilər, nə itirərdilər? Allah onların (hər bir işini) bilir.
Bünyadov-Məmmədəliyev:
Əgər onlar Allaha və axirət gününə inanıb, Allahın onlara verdiyi ruzidən (yoxsullara) sərf etsəydilər, nə olardı (nə zərər çəkərdilər)?! Allah onları (ən yaxşı) tanıyandır.
Elmir Quliyev
:
Что они потеряют, если уверуют в Аллаха и Последний день и станут расходовать из того, чем наделил их Аллах? Аллаху известно о них.
Ələddin Sultanov:
Əgər onlar Allaha və axirət gününə iman gətirib, Allahın onlara verdiyi ruzidən (ehtiyac sahiblərinə) infaq etsəydilər, nə olardı (nə zərər çəkərdilər)?! Allah onları yaxşı tanıyır.
Kerbelayi Malik ağa:
Nə olardı onlar Allaha və axirət gününə iman etsəydilər və Allahın onlara verdiyi ruzidən (Allah üçün) infaq etsəydilər (xərcləsəydilər)? Allah onları ən yaxşı biləndir.
Ələsgər Musayev:
Və nə əleyhinə onların
inanalar Allah ilə və günü ilə axırın və infaq edələr nədən ki,
ruziləndirib onları Allah? Və oldu Allah onlar ilə Alim!
A.Mehdiyev və D.Cəfərli:
Əgər Allaha və axirət gününə iman gətirsəydilər və Allahın onların ruzisi etdiklərindən xərcləsəydilər, onlara nə ziyanı olardı?! Allah həmişə onları(n halını) biləndir.
Kövsər Tağıyev:
Bunlar Allaha və axirət gününə iman etsəydilər və Allahın verdiyi ruzidən (riyasız olaraq) xərcləsəydilər, onlara nə zərər dəyərdi ki? Allah onları ən yaxşı biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onlar Allaha və axirət gününə inanıb Allahın özlərinə verdiyi ruzidən xərcləsəydilər, onlara nə ziyan dəyərdi? Axı Allah onlara bələddir.
Sabirə Dünyamalıyeva:
Bir də onlar, Allaha və axirət gününə inanıb, Allahın [ruzi olaraq] verdiyi şeylərdən Allah yolunda xərcləsəydilər, ziyan çəkərdilər? Və Allah, onları çox yaxşı biləndir.