İbrahim Surəsi 4. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz hər bir elçini ancaq öz xalqının dilində danışan göndərdik ki, (haqqı) onlara bəyan etsin. Allah istədiyini sapdırır, istədiyini doğru yola yönəldir. O, Qüdrətlidir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
Biz hər bir peyğəmbəri yalnız öz millətinin dilində (danışan) göndərdik ki, (Allahın əmrlərini) ona izah edə bilsin. Allah istədiyi kimsəni zəlalətə salar (haqq yoldan sapdırar), istədiyini doğru yola yönəldər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
Elmir Quliyev :
Мы отправляли посланников, которые говорили на языке своего народа , чтобы они давали им разъяснения. Аллах вводит в заблуждение, кого пожелает, и ведет прямым путем, кого пожелает. Он Могущественный, Мудрый.
Ələddin Sultanov:
(Allahın dinini) onlara izah etsin deyə hər bir peyğəmbəri yalnız öz qövmünün dili ilə göndərdik. Allah dilədiyini zəlalətə düçar edər, dilədiyini doğru yola yönəldər. O, yenilməz qüvvət hikmət sahibidir.
Kerbelayi Malik ağa:
Biz hər bir rəsulu öz millətinin dilində danışan göndərdik ki, onlara (öz dillərində) bəyan etsin (açıqlasın). Elə isə Allah dilədiyini dəlalətdə buraxar. Dilədiyini hidayətə ərdirər. O, Əzizdir, Hikmət Sahibidir.
Ələsgər Musayev:
Biz göndərdik rəsuldan ancaq öz qoumunun dili ilə ki, bəyan edə onlara. Allah kimi istəsə zəlalətdə tərk edər kim istəsə hidayət edər. O Əzizdir, Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
Biz hər bir peyğəmbəri (hətta peyğəmbərlik dairəsi digər dillərdə olan insanları da əhatə etmiş olsa belə) yalnız öz qövmünün dilində göndərdik ki, (həqiqətləri) onlara bəyan etsin. Beləliklə, Allah (ilahi dəlil-sübutu qəbul etməyənlərdən) istədiyini azğınlıqda boşlayır istədiyini (ilahi dəlil-sübutu qəbul etdikdən sonra, kamilliklərə doğru) hidayət edir. Odur yenilməz qüdrət (yaradılış şəriətdə) hikmət sahibi!
Kövsər Tağıyev:
Biz hər peyğəmbəri yalnız öz qövmünün diliylə göndərdik ki, onlara (Allahın əmrlərini) yaxşıca açıqlasın. Allah istədiyini azdırar, istədiyini doğru yola yönəldər. O, mütləq güc sahibidir, hökm hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz hər bir peyğəmbəri ancaq öz camaatının dilində (danışan) göndərdik ki, onlara aydınlaşdıra bilsin. Allah istədiyi kəsi yoldan çıxarır istədiyi kəsi düz yola yönəldir. O, qüdrət hikmət sahibidir.
Sabirə Dünyamalıyeva:
Biz onlara, [Allahın əmrlərini] açıqca meydana qoysun deyə, hər bir peyğəmbəri yalnız öz qövmünün dilində göndərdik. Artıq, Allah dilədiyini/diləyəni azdırar, dilədiyini/diləyəni doğru yola yönəldər. O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir.