Əhzab Surəsi 4. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah bir adamın daxilində iki ürək yaratmamışdır. Allah (anaya bənzədərək) özünüzə haram etdiyiniz zövcələrinizi analarınız etməmiş, oğulluğa götürdüklərinizi oğullarınız etməmişdir. Bunlar sizin dilinizə gətirdiyiniz (yalan) sözlərdir. Allah isə haqqı deyir doğru yola yönəldir.
Bünyadov-Məmmədəliyev:
Allah bir adamın sinəsində (daxilində) iki ürək yaratmamışdır. (Eləcə iki Allah ola bilməz). Allah zihar etdiyiniz (arxasını ananızın arxasına oxşadaraq yaxınlıq etmədiyiniz, talağını verdiyiniz) zövcələrinizi sizə doğma ana, oğulluğa götürdüklərinizi sizə doğma oğul etmişdir. (Onlar əslində öz atalarının oğullarıdır). Bunlar sizin dediyiniz boş (mənasız) sözlərdir. Allah doğru deyir (bəndələrini) doğru yola gətirir!
Elmir Quliyev :
Аллах не даровал человеку двух сердец в одном теле. Он не сделал вашими матерями тех ваших жен, которых вы объявляете запретными для себя, и не сделал ваших приемных сыновей вашими сыновьями. Это всего лишь слова из ваших уст. Аллах же глаголет истину и наставляет на прямой путь.
Ələddin Sultanov:
Allah bir insanın sinəsində iki qəlb yaratmamışdır. O, zihar etdiyiniz zövcələrinizi analarınızın yerinə qoymamış, oğulluğa götürdüklərinizi oğullarınız olaraq tanımamışdır. Bunlar sizin söylədiyiniz boş sözlərdir. Allah isə həqiqəti söyləyir doğru yola yönəldir. (Cahiliyyə dövründəki adətə görə bir kişi öz arvadına: “Sən mənə anam kimisən!” - dedikdə o qadın onun anası kimi hesab olunur artıq ər arvadına yaxınlaşa bilməzdi. Bu adətə “zihar” adı verilirdi. Yuxarıdakı ayədə, bir insanda iki qəlb olmadığı kimi, bir qadının həm ana, həm zövcə ola bilməyəcəyinə işarə olunur. Eyni zamanda övladlığa götürülmüş uşağın da doğma uşaq kimi olmadığı bildirilir. Qurani-Kərim ərəblərin bu iki adətini ortadan qaldırmışdır. Zihar edən bir kişiyə kəffarə cəzası verilməsinə hökm olunmuşdur.)
Kerbelayi Malik ağa:
Allah bir adamın sinəsində iki qəlb yaratmadı. Zihar etdiyiniz qadınlarınızı sizin analarınız etmədi. Övladlıqlarınızı sizin oğullarınız etmədi. Bunlar sizin dilinizlə söylədiyiniz sözlərdir. Allah haqqı söyləyər. O, (Özünə təslim edən) yola hidayət edər.
Ələsgər Musayev:
Etmədi Allah bir kişinin cövhərində iki qəlb etmədi zövcələrinizi, hansı ki, zihar edirsiniz onlardan, sizin analarınız. etmədi övladlığa götürdüklərinizi sizin oğullarınız. Bu, ancaq sizin ağız sözlərinizdir. Allah isə haqq deyər hidayət edər düz yola.
A.Mehdiyev və D.Cəfərli:
Allah heç bir kəs üçün daxilində iki ürək (və bədənində iki can əlbəttə ki, beynində iki bir birinə zidd etiqad) yaratmamışdır; «zihar» etdiyiniz (analarınıza oxşatmaqla özünüzə haram etdiyiniz) qadınlarınızı (zövcələrinizi) sizə (həqiqi) ana etməmişdir; oğulluğa götürdüklərinizi sizə (həqiqi) oğul etməmişdir, bunlar (qadınlarınızı haram etməyiniz özünüzə oğul seçməyiniz) sizin dilinizlə dediyiniz (boş) sözdür. Allah haqq söyləyir O, bəndələrini (doğru) yola gətirir.
Kövsər Tağıyev:
Allah heç bir adamın sinəsində iki qəlb yaratmamışdır. Zihar etdiyiniz zövcələrinizi analarınız olaraq yaratmamışdır. Həmçinin övladlıqlarınızı da doğma övladlarınız (kimi) etməmişdir. Bu, sizin ağızlarınızla söylədiyiniz (lakin həqiqi olmayan) sözünüzdür. Allah isə haqqı söyləyər doğru yola yönəldər.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah bir adamın köksündə onun üçün iki ürək düzəltməyib, zihar etdiyiniz [analarınıza bənzədərək özünüzə yasaq etdiyiniz] arvadlarınızı analarınız etməyib, sizin oğulluğa götürdüklərinizi oğullarınız etməyibdir. Bunlar dilinizə gələn boş sözlərdir. Allah isə haqqı deyir O, düz yol göstərir.
Sabirə Dünyamalıyeva:
Allah, bir kişinin köksündə iki ürək yaratmayıb; bir adam həm mömin, həm kafir olmaz, mütləq bu ikisindən biridir. zihar etdiyiniz;[#354] ananıza oxşadaraq and içdiyiniz zövcələrinizi ananız olaraq qəbul etmədi. Övladlığa götürdüklərinizi doğma uşağınız saymadı. Bu, sizin öz dilinizlə dediklərinizdir. Allah isə haqqı deyir. Yola yönəldir.