Əlixan Musayev:
Ondan başqa ibadət etdikləriniz sizin və atalarınızın adlandırdığınız adlardan başqa bir şey deyildir. Allah onlara dair heç bir dəlil nazil etməmişdir. Hökm yalnız Allahındır. O əmr etmişdir ki, yalnız Ona ibadət edəsiniz. Doğru din budur, lakin insanların çoxu (bunu) bilmir.
Bünyadov-Məmmədəliyev:
(Allahdan) qeyri ibadət etdikləriniz sizin və atalarınızın (özündən uydurub) qoyduğunuz (Allaha heç bir aidiyyəti olmayan) adlardan (bütlərdən) başqa bir şey deyildir. Allah isə onlara (ibadət edilməsinə dair) heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O sizə yalnız Onun Özünə ibadət etmənizi buyurmuşdur. Doğru (həqiqi) din budur, lakin insanların çoxu (bu həqiqəti) bilməz!
Elmir Quliyev
:
Помимо Него вы поклоняетесь лишь именам, которые придумали вы и ваши отцы. Аллах не ниспослал о них никакого доказательства. Решение принимает только Аллах. Он повелел, чтобы вы не поклонялись никому, кроме Него. Это и есть правая вера, но большая часть людей не знает этого.
Ələddin Sultanov:
Allahı qoyub ibadət etdikləriniz sizin və atalarınızın (uyduraraq bütlərə) qoyduğu adlardan başqa bir şey deyildir. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O, yalnız Özünə ibadət etməyinizi əmr etmişdir. Doğru din budur, lakin insanların çoxu bilmir.
Kerbelayi Malik ağa:
Sizin Ondan başqa tapındıqlarınız Allahın onlara dəlil endirmədiyi, sadəcə siz və atalarınızın onu adlandırdığınız (bütlərdən) başqa bir şey deyil. Hökm isə ancaq Allaha aiddir. Sizin Ondan başqasına ibadət etməməyinizi əmr etdi. Bu qəyyum dindir (Adəmdən (ə.s) qiyamətə qədər davam edəcək olan dindir). Lakin insanların çoxu bilməzlər.
Ələsgər Musayev:
Ondan başqa ibadət etdikləriniz ancaq sizin və atalarınızın
adlandırdıqlarıdır və Allah nazil etməyib onunla sultanlıqdan.
Hökm ancaq Allaha məxsusdur. O əmr edib ki, ancaq Ona
ibadət edəsiniz. Budur qiymətli din və lakin insanların
əksəriyyəti bilmir!
A.Mehdiyev və D.Cəfərli:
«Sizin Allahın yerinə ibadət etdikləriniz özünüz və atalarınızın adlandırdığı və onlar(a ibadət etməyin düzgün olması) barədə Allahın heç bir dəlil-sübut nazil etmədiyi (məzmunsuz və quru) adlardan başqa bir şey deyildir. Mütləq hökm və (varlıq aləmi üzərində) hakimiyyət yalnız Allaha məxsusdur. O, Ondan başqasına ibadət etməməyinizi əmr etmişdir. Budur sabit və möhkəm din! Lakin insanların çoxu (bunu) bilmirlər.
Kövsər Tağıyev:
“Siz Allahı buraxıb yalnız sizin və atalarınızın qoyduğu bəzi isimlərə (qondarma ilahlara) tapınırsınız. Allah onlar haqqında heç bir dəlil endirməmişdir. Hökm ancaq Allaha aiddir. O, özündən başqa heç bir şeyə tapınmamağınızı əmr etmişdir. Ən doğru din budur. Lakin insanların çoxu bilməzlər”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onu qoyub ibadət etdiyiniz (bütlər) yalnız sizin və atalarınızın ad qoyduqları (şeylərdir). Allah onlara heç bir hökm nazil etməmişdir. Hökm yalnız Allahındır. O əmr etmişdir ki, yalnız Ona ibadət edəsiniz. Düz din budur, lakin insanların çoxu bilmir.
Sabirə Dünyamalıyeva:
Bunlara ibadət etmək barəsində Allah heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O, sizə, Özündən başqasına ibadət etməməyi əmr etdi. Bax bu, doğru/hifz edən dindir. Lakin insanların çoxu bunu bilmir.