Əlixan Musayev:
O zaman bacın gedib (camaata) deyirdi: “Sizə onun qayğısına qalacaq birisini göstərimmi?” Beləliklə, gözü aydın olsun və qəm yeməsin deyə, səni anana qaytardıq. Sən (boya-başa çatdıqda) bir nəfəri öldürdün. (O vaxt) Biz səni qəm-qüssədən qurtardıq. Biz səni (çətin) sınaqlardan keçirtdik. Sən illərlə Mədyən əhli içində qaldın. Sonra da müəyyən olunmuş (məqama) gəlib çatdın, ey Musa!
Bünyadov-Məmmədəliyev:
O zaman bacın (sənin ardınca guya yad bir adam kimi saraya) gedib (oradakılara) deyirdi: “Sizə ona baxa biləcək (süd verəcək) birisini göstərimmi?” (Onlar razılıq verdilər, anan saraya gəldi). Artıq (salamat qalmağına görə) gözü aydın olsun və kədərlənməsin deyə, səni anana qaytardıq. Sən (on iki yaşında ikən tayfadan olan bir yəhudi ilə mübahisə edən) bir nəfəri (bir qibtini) vurub öldürdün. Sonra Biz səni (Mədyənə qaçırtmaqla) o qəmdən qurtardıq. Biz səni bir çox sınaqlardan keçirtdik (cürbəcür bəlalara, möhnətlərə düçar edib hamısından salamat qurtardıq). İllərlə Mədyən əhli içində (Şüeybin yanında) qaldın. Sonra da müəyyən olunmuş vaxta (qırx yaşına) gəlib çatdın, Ya Musa!
Elmir Quliyev
:
Твоя сестра пришла к семье Фараона и сказала: "Не указать ли вам на ту, которая будет заботиться о нем?" Мы вернули тебя к твоей матери, чтобы порадовался ее взор и чтобы она не горевала. Ты убил человека, и Мы спасли тебя от скорби и подвергли тебя тяжелому испытанию. О Муса (Моисей)! Ты пробыл многие годы среди жителей Мадьяна, а теперь вернулся в срок.
Ələddin Sultanov:
(Ey Musa!) O zaman sənin bacın gedib (saraydakılara): “Ona baxa biləcək birini sizə göstərimmi?” - demişdi. Beləcə, gözü aydın olsun və kədərlənməsin deyə, səni anana qaytardıq. Sən bir nəfəri öldürmüşdün. Biz də səni qəm-qüssədən qurtarmış və çətin sınaqlardan keçirmişdik. Buna görə də illərlə Mədyən xalqının arasında qalmışdın. Sonra təyin edilmiş bir vaxtda (bu məqama) gəldin, ey Musa!
Kerbelayi Malik ağa:
Bacın (səni izləyərək) gedirdi. (Səni saraya götürdükləri zaman onlara belə) deyirdi: ‘Sizə onun qayğısına qalacaq (əmizdirib baxacaq) birini göstərimmi? Beləcə səni anana geri qaytardıq. Onun gözü aydın olsun və qəmgin olmasın deyə. Sən birini öldürmüşdün. O zaman da səni kədərdən qurtarmışdıq. Səni sınaqlarla imtahan etdik. Beləcə Mədyən xalqı içində illərlə qaldın. Sonra qədərin gərəyincə (müəyyən edilən zamanda bura) gəldin, ey Musa!’
Ələsgər Musayev:
Onda bacın sənin ardınca gəlib dedi:
“Sizə bir nəfəri nişan verimmi, ona kifil olsun?” Beləliklə səni
anana qaytardıq, ta gözləri işıqlansın və hüznlü olmasın. Bir
nəfəri qətl etdin və Biz sənə onun qəm-qüssədən nicat verdik
və səni dalbadal sınadıq və illər boyu Mədyən əhli içərisində
yaşadın. Sonra əzəlki təqdir səni bura gətirdi, ay Musa!
A.Mehdiyev və D.Cəfərli:
O zaman bacın (sənin sandığının arxasınca) gedir və (uşaq üçün dayə axtaran fironçulara) deyirdi: Sizə onu(n qorunmasını və ona süd verilməsini) öhdəsinə götürən bir adam göstərimmi? Belələliklə gözləri aydın olsun və qəm yeməsin deyə səni anana qaytardıq. Həmçinin (fironçulardan) birini öldürdün (və onlar da səni öldürmək qərarına gəldilər). Belə olan halda Biz səni həmin qəmdən qurtardıq və bir sıra imtahanlarla sınadıq. Beləliklə illərlə Mədyən əhalisinin arasında qaldın. Sonra ey Musa, (Bizim əzəli) qərar(ımız və yüksək mənəvi kamilliklər) əsasında (peyğəmbərlik məqamına) gəldin.
Kövsər Tağıyev:
O vaxt bacın (Firon ailəsinin yanına) gedib: “Ona baxa biləcək birini sizə göstərimmi?” – deyirdi. Beləliklə, gözü aydın olsun, kədərlənməsin deyə səni öz anana qaytardıq. (Sənə baxdı, böyüdün) və (təsadüfən, istəmədən) bir adam öldürdün. Biz səni kədərdən qurtardıq, səni ciddi sınaqlardan keçirdik (və qaçıb Mədyənə getdin). Mədyən xalqı arasında illərlə qaldın. Sonra (peyğəmbər olmağın üçün) təqdir olunmuş bir zamanda (Tura) gəldin, ey Musa!”
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman bacın (sənin ardınca) getdi. O (Firon camaatına) deyirdi: "Onun qeydinə qalacaq adamı sizə göstərimmi?" Beləliklə Biz səni anana qaytardıq ki, gözləri aydın olsun və qəm-qüssə yeməsin. Sən bir nəfəri öldürdün, Biz isə səni qəmdən xilas etdik. Səni başqa sınaqlara da çəkdik. Sən illərlə Mədyən əhli içərisində qaldın, sonra isə öz qismətinə [peyğəmbərliyə] qovuşdun, ey Musa!
Sabirə Dünyamalıyeva:
Bir vaxt sənin bacın gəlib ‘Sizi onun qayğısına qalacaq birinin yanına aparımmı?' demişdi. Beləcə, gözü aydın olsun və qəm yeməsin deyə, səni anana qaytardıq. Və sən, bir can öldürdün və səni qəmdən azad etdik. Və Biz səni putada əridib xeyli saflaşdırdıq/səni kamilləşdirdik. Bir də ki, illərlə Mədyən camaatı arasında qaldın. Sonra bir nizam; plan ilə gəldin, ey Musa!