Nəml Surəsi 40. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kitabdan xəbəri olan (bir başqa) kimsə isə belə dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!” (Süleyman) taxtı yanında hazır durmuş görən kimi dedi: “Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görək şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim nankor olsa, (bilsin ki), həqiqətən, Rəbbim (onun şükrünə )möhtac deyildir, Səxavətlidir!”
Bünyadov-Məmmədəliyev:
(Süleyman taxtın daha tez gətirilməsini istədi). Kitabdan (Allahın kitabından, yaxud lövhi-məhfuzdan) bir qədər xəbəri olan birisi (Cəbrail, yaxud Xızır ya Süleymanın çox ağıllı tədbirli vəziri Asəf ibn Bərxiya) dedi: “Mən onu sənə bir göz qırpımında (gözünü yumub açınca) gətirərəm!” (Süleyman) onu (taxtı) yanında hazır durmuş görüncə dedi: “Bu, Rəbbimin lütfündəndir (mərhəmətindəndir). Məni imtahana çəkməyi üçündür ki, görək (Onun nemətinə) şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim (Rəbbimin nemətinə) şükür etsə, yalnız özü üçün (öz xeyrinə) şükür edər; kim nankor olsa, (bilsin ki) həqiqətən, Rəbbim (onun şükürünə) möhtac deyildir, kərəm sahibidir!” (Allah dünyada qədirbilənə də, nankora da, möminə də, kafirə lazımınca ruzi gün-güzəran verər, çünki O, tükənməz mərhəmət sahibidir!)
Elmir Quliyev :
А тот, который обладал знанием из Писания, сказал: принесу его тебе в мгновение ока". Увидев установленный перед ним трон, он сказал: "Мой Господь оказал мне эту милость для того, чтобы испытать меня, буду ли я благодарен или же буду непризнателен. Кто благодарен, тот благодарен во благо себе. А если кто непризнателен, то ведь мой Господь Богатый, Великодушный".
Ələddin Sultanov:
Kitabdan xəbərdar olan kimsə belə dedi: “Mən bir göz qırpımında onu sənə gətirərəm!” Süleyman onu (Bəlqisin taxtını) yanında hazır vəziyyətdə gördüyü zaman dedi: “Bu, Rəbbimin lütfündəndir. O, bununla məni sınayır ki, görək şükür edəcəyəm, yoxsa nankorluq edəcəyəm. Kim şükür edərsə, yalnız özü üçün şükür etmiş olar. Kim nankorluq edərsə, (bilsin ki,) Rəbbim heç bir şeyə möhtac deyildir, kərəm sahibidir!”
Kerbelayi Malik ağa:
Kitabdan elmi olan kimsə (Xızır ə.s): ‘Mən onu sən gözünü qırpmadan əvvəl sənə gətirərəm.’ dedi. Beləliklə (Süleyman ə.s) onun qarşısında dayandığını görüncə: ‘Bu Rəbbimin bir fəzlidir (lütfüdür), mən şükür edəcəmmi yoxsa küfrmü (nankorluqmu) edəcəm deyə məni imtahan etmək üçündür.’ dedi. Kim şükür etsə, yalnız öz nəfsi üçün şükür edər. Kim küfr etsə, o təqdirdə şübhəsiz ki, mənim Rəbbim Ğanidir, Kərimdir.
Ələsgər Musayev:
O kəs ki, yanında kitabdan elm vardı, dedi: «Mən gələrəm sənin yanına onunla, ondan qabaq ki, sən gözünü yumub açasan». Amma elə ki, gördü onu öz yanında qərar tapmış, dedi: «Bu, Rəbbimin fəzlindəndir ki, məni imtahan etsin ə, mən şükr edəcəyəm, yoxsa küfr edəcəyəm. Kim şükr edərsə, ancaq öz nəfsi üçün şükr etmişdir. kim küfr edərsə, həqiqətən, Rəbbim Qənidir, Kərimdir!»
A.Mehdiyev və D.Cəfərli:
Kitabdan (Lövhi-Məhfuzdan, ya səmavi kitablardan) bir qədər elmi olan birisi dedi: «Mən onu sən göz qırpmadan öncə ya sənin bir şeyə baxışın həmin şeyin surətini beyinə ötürməmişdən öncə, sənin yanına gətirərəm». Beləliklə, elə ki, onu öz yanında hazır durmuş gördü, dedi: «Bu (istəyin o saat yerinə yetirilməsi, ya belə bir şəxsin mənim ümmətimdə olması) Rəbbimin fəzlindəndir məni yoxlamağı üçündür ki, görsün şükürmü edirəm, ya nankorluq (naşükürlük)? kim şükr etsə, öz xeyrinə şükr edər kim naşükürlük etsə, (bilsin ki,) Rəbbim həqiqətən, onun şükrünə möhtac deyil kərəm sahibidir».
Kövsər Tağıyev:
Kitabdan biliyi olan biri: “Gözünü yumub açıncaya qədər (bir göz qırpımında) mən onu sənə gətirərəm”, dedi. Süleyman taxtı yanında (hazır) görüncə dedi: “Bu, Rəbbimin mənə bir lütfüdür. (Bu lütf Onun) Məni sınağa çəkməsi üçündür ki, (görsün) şükür edəcəyəm, yoxsa nankorluq edəcəyəm. Kim şükür edərsə, ancaq özü üçün şükür edər. Kim nankorluq edərsə, (bilsin ki,) Rəbbim hər baxımdan sonsuz zəngindir, səxavətlidir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Kitabdan xəbəri olan birisi dedi: "Mən onu sən gözünü qırpmamış gətirərəm."Elə ki, Süleyman onu [taxt-tacı] öz yanında gördü, dedi: "Bu, Rəbbimin mənim şükr ya nankorluq edəcəyimi sınamaq üçün etdiyi bir lütfdür. Kim şükr edərsə, özü üçün şükr edər, kim nankorluq edərsə (bilsin ki,) həqiqətən Rəbbim heç nəyə möhtac deyildir, səxavətlidir."
Sabirə Dünyamalıyeva:
Kitabdan özündə məlumat olan kəs: "Mən onu sənə, nəzərin özünə qayıtmamışdan əvvəl gətirərəm"[#173] dedi. Sonra Süleyman, mələkənin taxtını öz yanında gördükdə: "Bu, mənə verilən nemətlərin əvəzini verəcəyəmmi, yoxsa nankorluq edəcəyəmmi deyə məni sınağa çəkmək üçün Rəbbimin fəzlindəndir. kim özünə verilən nemətlərin əvəzini ödərsə, heç şübhəsiz, özü üçün əvəz ödəmiş olar. Kim nankorluq edərsə, heç şübhəsiz ki, Rəbbim çox varlı səxavətlidir."