Əlixan Musayev:
Biz hər birini öz günahına görə yaxaladıq. Onlardan kimisinin üstünə (qasırğa ilə birgə) daşlar göndərdik, kimisini qorxunc səs yaxaladı, kimisini yerə batırdıq, kimisini də (suya) qərq etdik. Allah onlara zülm etmirdi, onlar ancaq əməlləri ilə özləri özlərinə zülm edirdilər.
Bünyadov-Məmmədəliyev:
Biz onların hər birini öz günahı ilə yaxaladıq (hərəyə öz günahına görə cəza verdik). Kiminin başı üstünə (qasırğa ilə) qızmar daş yağdırdıq, kimini dəhşətli (tükürpədici) səs yaxaladı, kimini yerə gömdük, kimini də suya qərq etdik. Allah onlara zülm etmirdi, onlar özləri özlərinə zülm edirdilər.
Elmir Quliyev
:
Каждого Мы схватили за его грех. На некоторых из них Мы наслали ураган с камнями, некоторых из низ поразил чудовищный вопль, некоторых из них по Нашему велению поглотила земля, а некоторых из них Мы потопили. Аллах не был несправедлив к ним — они сами поступали несправедливо по отношению к себе.
Ələddin Sultanov:
Beləliklə, hər birini öz günahı ilə yaxaladıq. Onlardan bəzilərinin üstünə qızmar daş yağdıran qasırğa göndərdik, bəzilərini dəhşətli səs yaxaladı, bəzilərini yerə batırdıq, bəzilərini də suda boğduq. Allah onlara zülm etmirdi. Lakin onlar özləri özlərinə zülm edirdilər.
Kerbelayi Malik ağa:
Bunun üzərinə hamısını günahları ilə yaxaladıq. Beləcə onların bir qisminin üzərinə qasırğa göndərdik. Bir qismini şiddətli səs dalğası yaxaladı, bir qismini yerin dibinə batırdıq və bir qismini də (suda) boğduq. Allah onlara zülm etmədi. Lakin onlar, nəfslərinə zülm edirdilər.
Ələsgər Musayev:
Biz tutduq küllisini günahı ilə. Onlardan kiminin üzərinə daşları sovuran yel göndərdik və onlardan kimini şiddətli səs tutdu və onlardan kimini ərzə batırdıq və onlardan kimini qərq etdik. Olmadı Allah onlar üçün zalim və lakin onlar oldular öz nəfslərinə zülm edənlər.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə (Biz) onların hər birini öz günahının cəzası ilə (bərk) yaxaladıq. Onlardan elələri var idi ki, başına daş yağdırdıq (Lut qövmü kimi), yaxud qum yağışı ilə (qarışıq) bir külək göndərdik (Ad qövmü kimi). Onlardan (Şüeyb və Səmud qövmü kimi) elə tayfa da var idi ki, onları (göydən gələn öldürücü) bağırtı bürüdü. Onlardan bəzisini yerə batırdıq (Qarun kimi). Bəzisini (suda) qərq etdik. (Nuhun qövmü və Fironun adamları kimi). Allah onlara əsla zülm etmirdi. Lakin onlar (özləri) özlərinə zülm edirdilər.
Kövsər Tağıyev:
Biz onların hər birini öz günahları səbəbi ilə yaxaladıq. Onlardan eləsi var ki, üstünə daş yağdırdıq, eləsi var ki, onu o qorxunc səs yaxaladı, eləsi var ki, yerin dibinə batırdıq, eləsi də var ki, suda boğduq. Allah onlara zülm etmirdi, lakin onlar özləri özlərinə zülm edirdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz hər birini öz günahına görə yaxaladıq. Onlardan kimisinə qasırğa göndərdik, kimisini tükürpədici hayqırtı tutdu, kimisini yerin altına gömdük, kimisini də suda qərq etdik. Əslində Allah onlara zülm etmədi, onlar öz-özlərinə zülm etdilər.
Sabirə Dünyamalıyeva:
Bax, onların hamısını günahları səbəbiylə yaxaladıq. Onlardan bəzilərinin üstünə daşlar sovuran küləklər göndərdik, onlardan bəzilərini dəhşətli bir səs yaxaladı, onlardan bəzilərini yerə batırdıq, onlardan bəzilərini də suya qərq etdik. Və Allah onlara haqsızlıq etmirdi. Lakin onlar şərik qoşmaq surətiylə özlərinə haqsızlıq edirdilər.