Yunus Surəsi 42. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlardan səni dinləyənlər vardır. Məgər karlara əgər anlamırlarsa, sənmi eşitdirəcəksən?
Bünyadov-Məmmədəliyev:
Onların içərisində (Quran oxuyarkən) səni dinləyənlər (lakin onu qəbul etməyənlər) vardır. (Onun) ağlıkəsməz, anlamaz karlara sənmi eşitdirə biləcəksən?!
Elmir Quliyev :
Среди них есть и такие, которые выслушивают тебя. Разве ты можешь заставить слышать глухих, если они к тому же не разумеют?
Ələddin Sultanov:
Onlardan elələri var ki, sənə qulaq asırlar. Ancaq karlara üstəlik təfəkkür etmirlərsə sənmi eşitdirəcəksən?!
Kerbelayi Malik ağa:
Onlardan səni dinləyən kimsələr var. Lakin anlamırlarsa, karlara sənmi eşitdirəcəksən?
Ələsgər Musayev:
Onlardan var ki, sənə qulaq asır. Ə, sənmi eşitdirə bilərsənmi karı, əgər oldular əql etməyənlər?
A.Mehdiyev və D.Cəfərli:
Onlardan (Qur’ana və) sənə (sənin sözlərinə) qulaq asanlar (lakin qəlblərinin qulaqları kar olanlar) vardır. Belə olan halda, məgər sən karlara, hətta düşünməsələr belə eşitdirəmi bilərsən?!
Kövsər Tağıyev:
Onlardan sənə qulaq asanlar da var. Lakin karlara, üstəlik ağılları da kəsmirsə, sənmi (söz) eşitdirəcəksən?
M.Qənioğlu və T.Bilaloğlu:
Onlardan elələri var ki, sənə qulaq asarlar; əgər onlar anlamırlarsa, sən kara eşitdirməyəmi çalışacaqsan?
Sabirə Dünyamalıyeva:
onların arasında sənə qulaq asan kəslər var. Onlar ağılını işlətmirlərsə, karlara sənmi eşitdirəcəksən?