Yusif Surəsi 42. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Yusuf) onlardan qurtulacağını yəqin etdiyi kimsəyə dedi: “Ağanın yanında məni yada sal!” Lakin şeytan ona (Yusufu) ağasının yadına salmağı unutdurdu o, zindanda bir neçə il qaldı.
Bünyadov-Məmmədəliyev:
(Yusif) bu iki nəfərdən nicat tapacağını yəqin etdiyi kimsəyə (şərabpaylayana) dedi: “Ağanın yanında məni yada sal!” Lakin Şeytan ona ağasının yanında (Yusifi) yada salmağı unutdurdu buna görə o (Yusif) bir neçə (yeddi ya on iki) il zindanda qaldı.
Elmir Quliyev :
Он попросил того, который, по его предположению, должен был спастись: "Напомни обо мне твоему господину". Но дьявол побудил его позабыть напомнить это его господину (или дьявол побудил Йусуфа забыть помянуть своего Господа), и он пробыл в темнице несколько лет.
Ələddin Sultanov:
Yusif o ikisindən xilas olacağını bildiyi kimsəyə dedi: “Ağanın yanında məni yad et!” Ancaq şeytan ona ağasının yadına salmağı unutdurdu Yusif bir neçə il daha zindanda qaldı. (Təfsirçilərə görə, Yusif peyğəmbər Allahı qoyub başqasından yardım istədiyi üçün beş illik həbsdən sonra yeddi il daha həbsdə qalmışdır. Beləcə, cəmi on iki il zindan həyatı yaşamışdır. Çünki peyğəmbərlərə yaraşan ən gözəl davranış yalnız Allahdan yardım istəmək başqasına əl açmamaqdır.)
Kerbelayi Malik ağa:
Xilas olacağını bildiyi adama: ‘Əfəndinin yanında məni xatırla.’ dedi. Lakin şeytan onu əfəndisinə xatırlatmağı unutdurdu. Beləcə bir neçə il zindanda qaldı.
Ələsgər Musayev:
Dedi o kəsə ki, onun nicatını zənn edirdi: «Məni rəbbinin yanında yad et!» Şeytan ona unutdurdu ki, rəbbinin yanında onu yad etsin neçə il zindanda qaldı.
A.Mehdiyev və D.Cəfərli:
(Yusuf) o iki nəfərdən, xilas olacağını bildiyi birinə dedi: «Məni öz ağanın yanında yada sal.» Lakin Şeytan ona ağasının yanında onu yada salmağı unutdurdu. Buna görə Yusuf bir neçə il (üç il ilə doqquz il arasında) zindanda qaldı.
Kövsər Tağıyev:
Yusuf o ikisindən qurtulacağını düşündüyü yoldaşına: “Ağanın yanında məni yada sal”, dedi. Lakin şeytan ona (Yusufu) ağasına xatırlatmağı unutdurdu, bu səbəblə o, bir neçə il daha zindanda qaldı.
M.Qənioğlu və T.Bilaloğlu:
Canının qurtardığını zənn edənə o dedi: "Mənim barəmdə ağana danış!" Lakin şeytan onu [Yusufu] öz ağasının yanında yada salmağı buna unutdurdu o [Yusuf], zindanda bir neçə il qaldı.
Sabirə Dünyamalıyeva:
Yusif o iki nəfərdən, xilas olacağını qəti bildiyi adama, "Ağa/hökmdar bildiyin adamın yanında məni yad et!" dedi. Sonra mənliyi ona yada salmağı tərk etdirdi. Beləcə, Yusif, beş-on il zindanda qaldı.