Əlixan Musayev:
Onlardan əvvəlkilər də hiylə qurdular. Halbuki bütün hiylələr Allaha aiddir. O, hər kəsin nə qazandığını bilir. Kafirlər Axirət yurdunun kimin olacağını biləcəklər.
Bünyadov-Məmmədəliyev:
Onlardan əvvəlkilər də (ümmətlər, tayfalar da Allahın peyğəmbərinə qarşı) tələ qururdular. Bütün hiylələrin (məkrlərin) cəzasını ancaq Allah verəcəkdir. (Allah) hər kəsin (dünyada) nə qazandığını (bütün yaxşı və pis əməllərini) bilir. Kafirlər axirət yurdunun (o dünyanın gözəl aqibətini) kimin olacağını biləcəklər!
Elmir Quliyev
:
Их предшественники тоже замышляли козни, но все козни — у Аллаха. Ему ведомо то, что приобретает каждая душа, и неверующие узнают, кому достанется Последняя обитель.
Ələddin Sultanov:
Onlardan əvvəlkilər də (peyğəmbərlərə) hiylə qurmuşdular. Bütün hiylələr Allaha məxsusdur (Allah onların hiylələrini puça çıxarar). O, hər kəsin nə qazandığını bilir. Kafirlər də, (dünya) yurdunun (gözəl) aqibətinin kimin olacağını biləcəklər.
Kerbelayi Malik ağa:
Onlardan əvvəlkilər də hiylə qurmuşdular. Halbuki bütün hiylələr Allaha aiddir. Bütün nəfslərin nə qazandığını O, bilir. (Bu) yurdun sonu kimindir, kafirlər yaxında biləcəklər.
Ələsgər Musayev:
Məkr etdilər o kəslər ki, onlardan qabaq var idilər və Allah cəmiyyən məkrlərə qarşı tədbirlidir. Bilir külli nəfsin nə kəsb etdiyini və biləcəklər kafirlər kimin üçündür aqibət evi!
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, bunlardan qabaq olmuş kəslər (Allahla və Onun elçiləri ilə müxalifət etməkdə) məkr və hiylə işlətdilər, halbuki, bütün məkrlər Allaha məxsusdur (onların hamısının necəliyi, səbəbkarları və batil etmə yolları Onun elmi və iradəsi altındadır). O hər bir kəsin nə əldə etdiyini bilir. Və tezliklə kafirlər bu dünyanın sonunun kimin olduğunu biləcəklər. (Bu yerin sonu əməlisaleh insanların hökümətidir, yaxud dünyanın sonu yaxşı insanlar üçün gözəl axirətdir.)
Kövsər Tağıyev:
Onlardan əvvəlkilər də hiylə qurmuşdular. Bütün hiylələr Allaha aiddir. O, hər nəfsin nə qazandığını bilir. İnkar edənlər də dünya yurdunun sonunun kimə aid olduğunu biləcəklər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlardan əvvəlkilər də hiylələr işlədirdilər, lakin bütün fəndlər ancaq Allaha məxsusdur. O, hər bir kəsin nə qazandığını bilir. Kafirlər də (bu) mənzilin sonunun kimin üçün olduğunu biləcəklər.
Sabirə Dünyamalıyeva:
Onlardan əvvəlki kəslər də hiylə qurmuşdular. Lakin bütün hiylələri pozub cəzalandırmaq Allaha aiddir. O, hər kəsin nə qazandığını bilir. Bu yurdun axırının kimin üçün olduğunu kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] də tezliklə biləcəklər.