Yunus Surəsi 43. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlardan sənə baxanlar da vardır. Məgər korları əgər görmürlərsə, sənmi doğru yola yönəldəcəksən?
Bünyadov-Məmmədəliyev:
Onların içərisində sənə baxanlar da (peyğəmbərliyini təsdiq edənlər, möcüzələri görənlər də) vardır. Bəsirəti olmayan korlara doğru yolu sənmi göstərə biləcəksən?!
Elmir Quliyev :
Среди них есть и такие, которые смотрят на тебя. Разве ты можешь наставить на прямой путь слепых, если они к тому же не видят?
Ələddin Sultanov:
Onlardan elələri var ki, sənə baxırlar. Ancaq korları üstəlik (həqiqəti) görmürlərsə sənmi doğru yola yönəldəcəksən?!
Kerbelayi Malik ağa:
Onlardan sənə baxanlar var, lakin əgər onlar görmürlərsə (bəsirətləri çalışmırsa) korları sənmi hidayətə ərdirəcəksən?
Ələsgər Musayev:
Onlardan var ki, sənə tərəf baxırlar. Ə, sən hidayət edə bilərsənmi koru əgər oldular bəsirətsizlər?
A.Mehdiyev və D.Cəfərli:
Onların bəzisi sənə (sənin peyğəmbərlik dəlillərinə) baxır (amma dərk etmək ibrət götürməkdə kordur)lar. Belə olan halda, məgər sən korları hətta görməsələr belə hidayət edə bilərsən?!
Kövsər Tağıyev:
Onlardan sənə baxanlar da var. Lakin korlara, üstəlik həqiqəti görmürlərsə, sənmi doğru yolu göstərəcəksən?
M.Qənioğlu və T.Bilaloğlu:
Onlardan eləsi var ki, sənə baxır. Gözləri görmürsə, kora yol göstərməyəmi çalışacaqsan?
Sabirə Dünyamalıyeva:
Onların arasında sənə baxanlar da var. Lakin korlara, onlar görmürlərsə, sənmi bələdçi olacaqsan?