Hud Surəsi 43. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O dedi: “Məni sudan qoruyacaq bir dağa sığınacağam!” (Nuh) dedi: “Bu gün, Allahın rəhm etdiklərindən başqa heç kəs Onun əmrindən qoruna bilməz!” Sonda dalğa onları bir-birindən ayırdı o, suda boğulanlardan oldu.
Bünyadov-Məmmədəliyev:
(Oğlu ona) belə cavab verdi: “Mən bir dağa sığınaram, o da məni sudan qoruyar”. Nuh dedi: “Allahın rəhm etdiklərindən başqa, bu gün heç kəs (insanları) Onun əzabından qoruya bilməz!” Nəhayət, dalğa ata ilə oğulun arasına girib onları bir-birindən ayırdı o da suda boğulanlardan oldu.
Elmir Quliyev :
Он сказал: укроюсь на горе, которая спасет меня от воды". Он сказал: "Сегодня никто не спасет от воли Аллаха, если только Он не смилостивится". Тут волна разлучила их, и он оказался в числе потопленных.
Ələddin Sultanov:
(Kənan) dedi: “Məni sudan qoruyacaq bir dağa sığınacağam!” Nuh: “Bu gün Allahın əmrindən (əzabından) qoruyacaq heç kim yoxdur. Ancaq Onun rəhm etdiyi kimsələr istisnadır!” dedi. Dalğa o ikisinin arasına girdi o da boğulanlardan oldu.
Kerbelayi Malik ağa:
(Nuhun (ə.s) oğlu belə) dedi: ‘Məni sudan qoruyacaq bir dağa sığınacam.’ Nuh (ə.s): ‘Bu gün Allahın əmrindən qoruyan bir qoruyucu yoxdur. (Allahın) rəhmət etdiyi kəslər xaric.’ dedi. İkisinin arasına dalğalar girdi beləcə o, boğulanlardan oldu.
Ələsgər Musayev:
Dedi: «Özümü dağa yetirərəm, məni sudan saxlar». Dedi: «Bu gün Allahın əmrindən qoruya bilən yoxdur, ancaq kimə ki, rəhm edə!» Dalğa onların arasına ayrılıq saldı o, qərq olanlardan oldu.
A.Mehdiyev və D.Cəfərli:
(Oğlu) dedi: «Tezliklə məni sudan qoruyacaq bir dağa sığınacağam». Nuh dedi: «Bu gün Allahın rəhm etdiyi kəsdən başqa Onun əmrindən bir qoruyan yoxdur». (Bu zaman) bir dalğa o ikisinin arasını kəsdi (Nuhun oğlu) suda boğulanlardan oldu.
Kövsər Tağıyev:
O: “Məni sudan qoruyan bir dağa sığınacağam”, dedi. Nuh: “Bu gün Allahın rəhmət etdikləri xaric, Onun əzabından qorunacaq bir kimsə yoxdur”, dedi. Bunun ardından aralarına bir dalğa girdi, oğlu boğulanlardan oldu.
M.Qənioğlu və T.Bilaloğlu:
O dedi: "Mən elə bir dağa sığınaram ki, o, məni sudan qoruyar". (Nuh) dedi: "Allahın rəhm etdiklərindən başqa heç kimi bu gün Onun əmrindən qoruyan olmaz". Dalğalar onları bir-birindən ayırdı o suda batanlardan oldu.
Sabirə Dünyamalıyeva:
Nuhun oğlu dedi ki: "Mən, özümü sudan qoruyacaq bir dağa sığınacağam." Nuh: "Bu gün Allahın mərhəmət etdiyindən başqasını, Allahın bu əmrindən qoruyacaq heç kim yoxdur." dedi. dalğa aralarına girdi. O da suda boğulanlardan oldu.