Zümər Surəsi 43. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yoxsa onlar Allahdan qeyrilərinimi özlərinə şəfaətçi etdilər? De: “Əgər onlar heç bir şeyə malik deyillərsə heç bir şey anlamırlarsa bəs necə olsun?”
Bünyadov-Məmmədəliyev:
Yoxsa onlar (müşriklər) Allahdan qeyrilərini (bütləri) şəfaətçi etdilər? (Ya Peyğəmbər!) De: “Onlar heç bir şeyə malik olmadıqları heç bir şey qanmadıqları halda (şəfaətmi edəcəklər)?!”
Elmir Quliyev :
Или же они взяли себе заступников помимо Аллаха? Скажи: если они не владеют ничем и не разумеют?"
Ələddin Sultanov:
Yoxsa onlar Allahdan başqalarını özlərinə şəfaətçi qəbul etdilər? De: “Onlar heç bir şeyə malik olmasalar heç nəyi dərk etməsələr də?”
Kerbelayi Malik ağa:
Yoxsa onlar Allahdan başqalarını özlərinə şəfaətçilərmi etdilər? De ki: ‘Hətta onlar bir şeyə (bir gücə) malik olmasalar dərk etməsələr belə?’
Ələsgər Musayev:
Yoxsa götürdülər Allahın əvəzinə şəfa edənlərmi? De: «Ə, əgər oldular malik olmayanlar şeynən əql etməyənlər?»
A.Mehdiyev və D.Cəfərli:
Yoxsa onlar Allahın yerinə şəfaətçilər (şəafətçi adlandırdıqları bütlər) götürüblər? De: «Hətta heç nəyə malik olmasalar heç dərk etməsələr belə (yenə onları şəfaətçi hesab edirsiniz)?!»
Kövsər Tağıyev:
Yoxsa Allahdan başqa şəfaətçilər tutdular? De ki: “Onların heç bir şeyə gücləri çatmadığı düşünə bilmədikləri halda (yenə onları şəfaətçi tuturlar)?”
M.Qənioğlu və T.Bilaloğlu:
Yoxsa onlar Allahdan başqalarını (özlərinə) havadar tutdular? De: “Hətta heç bir şeyə sahib olmasalar da, düşünmək qabiliyyətləri olmasadamı (onları havadar tutarlar)?"
Sabirə Dünyamalıyeva:
Yoxsa onlar, Allahın altındakılardan özlərinə dəstəkçi, köməkçi, şəfaətçilər tapdılar? De ki: "Onlar heç bir şeyə qabir olmasalar [heç bir şeyi] dərk etməsələr belə edəcəksinizmi?"