Fussilət Surəsi 43. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sənə ancaq səndən əvvəlki elçilərə deyilənlər deyilir. Həqiqətən, sənin Rəbbin bağışlayandır, ağrılı-acılı cəza verəndir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Sənə ancaq səndən əvvəlki peyğəmbərlərə deyilənlər deyilir. Həqiqətən, sənin Rəbbin həm bağışlayandır, həm şiddətli cəza verəndir!
Elmir Quliyev :
Тебе будет сказано только то, что было сказано посланникам до тебя. Воистину, твой Господь обладает прощением и обладает мучительным наказанием.
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Sənə deyilənlər səndən əvvəlki peyğəmbərlərə deyilənlərdən başqa bir şey deyildir. Şübhəsiz ki, sənin Rəbbin həm bağışlayandır, həm şiddətli cəzalandırandır.
Kerbelayi Malik ağa:
Sənə deyilən səndən əvvəlkilərə deyilmiş olandan başqa bir şey deyil. Şübhəsiz ki, sənin Rəbbin məğfirətin əlim əzabın sahibidir.
Ələsgər Musayev:
Deyirlər sənə ancaq ki, dedilər səndən qabaqkı rəsullara. Həqiqətən, Rəbbin sənin məğfirət sahibidir ələmli iqab sahibidir!
A.Mehdiyev və D.Cəfərli:
Sənə səndən əvvəlki peyğəmbərlərə deyilənlərdən (sehrbaz, dəli, məqampərəst bu kimi iftiralardan) başqa bir şey deyilmir. Şübhəsiz sənin Rəbbin (iman gətirənlər üçün) bağışlanma (itaətsizlər üçün) ağrılı əzab sahibidir.
Kövsər Tağıyev:
Sənə sadəcə səndən əvvəlki peyğəmbərlərə deyilənlər deyilir. Şübhəsiz, sənin Rəbbin həm məğfirət sahibi, həm ağrılı-acılı bir əzab sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Sənə ancaq səndən əvvəlki peyğəmbərlərə (insanlar tərəfindən) deyilən sözlər deyilir. Həqiqətən, sənin Rəbbin bağışlama sahibidir, üzücü cəza sahibidir!
Sabirə Dünyamalıyeva:
Sənin barəndə, səndən əvvəlki elçilərə deyilənlərdən başqa bir şey deyilmir. Şübhəsiz ki, sənin Rəbbin həqiqətən bağışlama sahibidir şiddətli bir əzabın sahibidir.