Əlixan Musayev:
(Sonra) deyildi: “Ey yer, suyunu ud! Ey göy, (yağışını) saxla!” Su çəkildi, iş bitdi və gəmi Cudi (dağı) üzərində qərar tutdu. (Sonra )deyildi: “Məhv olsun zalım adamlar!”
Bünyadov-Məmmədəliyev:
(Allahdan bir əmr olaraq: ) “Ey yer! Suyunu ud! Ey göy! (Yağışını) saxla (açıl)!” – deyildi. Su çəkildi. İş bitdi (Nuha iman gətirməyənlərin məhv edilməsi barədə Allahın əmri yerinə yetdi). Gəmi Cudi dağı üzərində oturdu və: “Zalımlar məhv (Allahın mərhəmətindən uzaq) olsun!” – deyildi.
Elmir Quliyev
:
И было сказано: "О земля, поглоти свою воду! О небо, перестань!" Вода спала, и свершилось веление. Ковчег пристал к аль-Джуди, и было сказано: "Да сгинут люди несправедливые!"
Ələddin Sultanov:
(Yerə və göyə) deyildi: “Ey yer, suyunu ud! Ey göy, yağışını saxla!” Su çəkildi və iş bitdi. Gəmi Cudi dağına oturdu və: “Zalımlar məhv olsun!” - deyildi.
Kerbelayi Malik ağa:
’Ey yer üzü, suyunu ud! Ey səma (suyunu) saxla!’ deyildi. Su çəkildi və əmr yerinə yetirildi. (Gəmi) Cudi dağının üzərinə yerləşdi. Zalım qövmə: ‘ (Allahın rəhmətindən) uzaq olsunlar.’ deyildi.
Ələsgər Musayev:
Deyildi: «Ay ərz, sən suyunu ud
və ay səma, saxla!» Su çəkilib və Allahın əmri qərar tapdı və
Cudi dağının üstündə dayandı və deyildi: «Zalim qoum məhv
olacaq!»
A.Mehdiyev və D.Cəfərli:
Və (Allahın qəti iradəsi ilə kafirlər suda batıb boğulduqdan sonra) deyildi: «Ey yer, öz suyunu ud və ey göy, (yağışını) saxla»! Su (yerə) hopdu və iş (kafirlərin mütləq baş verməli olan məhvi) bitdi. Və gəmi «Cudi» (dağı) üzərində qərar tutdu və (Allah yaxud Onun mələkləri tərəfindən) deyildi: «Ölüm olsun zalımlara! (Haqqın rəhmətindən) uzaq olsun zalımlar!»
Kövsər Tağıyev:
“Ey yer! Suyunu ud. Ey göy! Suyunu tut”, – deyildi. Su çəkildi, iş bitirildi. Gəmi də Cudiyə oturdu və “Zalımlar qövmü Allahın rəhmətindən uzaq olsun!” – deyildi.
M.Qənioğlu və T.Bilaloğlu:
(Allah tərəfindən) deyildi: “Ey yer, ud sən öz suyunu, ey səma, dayan [yağmuru kəs]!" Su çəkildi, əmr yerinə yetdi və o [gəmi] əl-Cudi (dağı) üzərində qərar tutdu. Deyildi: "Qoy zalım adamlar beləcə məhv olsun!"
Sabirə Dünyamalıyeva:
Və: "Ey yer üzü, suyunu ud! Ey səma sən də tut!" deyildi. Sular da çəkildi. Əmr də yerinə gəlmiş oldu. Gəmi də Cudi üzərinə oturdu. Və o şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən tayfaya: "Uzaq olun [məhv olun, tarixdən silinin]!" deyildi.