Qəsəs Surəsi 44. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz Musaya əmri yerinə yetirməyi tapşırdıqda sən (dağın) qərb tərəfində deyildin. Sən (buna) şahid olanlardan da deyildin.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Biz Musaya vəhy etdiyimiz (peyğəmbərlik bəxş edib Firon əhlinin yanına getməsini buyurduğumuz) zaman sən (Tur dağının) qərb tərəfində (Musanı gözləyənlər arasında) deyildin. Sən (buna) şahid olanlardan da deyildin! (Sənin yəhudilərə ərəb müşriklərinə bu xəbərləri doğru söyləməyin yalnız Allahdan nazil olan vəhylərdir!)
Elmir Quliyev :
Тебя не было на западном склоне, когда Мы возложили на Мусу (Моисея) наши повеления, и тебя не было в числе присутствовавших.
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Musaya o əmri vəhy etdiyimiz əsnada sən qərb tərəfdə deyildin. Sən (bu hadisəyə) şahid olanlardan da deyildin. (Bu ayədə Həzrət Musanın Tur dağında Allahdan vəhy alması hadisəsinə işarə edilir Həzrət Peyğəmbərin o əsnada Tur dağında, yaxud qərb tərəfdə Həzrət Musanı gözləyən insanların arasında olmadığı xatırladılır. Beləcə, bütün bu məlumatların vəhy yolu ilə Həzrət Peyğəmbərə bildirildiyi ifadə edilir.)
Kerbelayi Malik ağa:
Sən (ey Məhəmməd)! Musaya əmri yerinə yetirdiyimiz zaman qərb tərəfində deyildin. Sən şahidlərdən (hadisəni görənlərdən) deyildin.
Ələsgər Musayev:
S?n olmad?n q?rb t?r?find?, onda Biz Musan?n ?mri haqq?nda h?ll edirdik v? s?n sahidl?rd?n olmad?n.
A.Mehdiyev və D.Cəfərli:
(Ya Peyğəmbər!) Biz risalət əmrini (elmləri Tövratı vəhy etməklə) Musaya elan etdiyimiz hökm verdiyimiz (möhkəmlətdiyimiz) zaman sən (müqəddəs vadinin) qərb tərəf(in)də deyildin sən (o heyrətli səhnənin) şahidlər(in)dən deyildin.
Kövsər Tağıyev:
Ey Muhamməd! Biz Musaya o əmri verdiyimiz zaman sən (vadinin) qərb tərəfində deyildin. (O hadisəyə) şahid olanlardan da deyildin.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz Musaya bu işi (vəhy edəndə) sən (Tur dağının) qərb tərəfində deyildin buna şahid olmadın.
Sabirə Dünyamalıyeva:
Musaya o əmri verdiyimiz vaxt, sən məğrib tərəfində deyildin. Orada olanlardan, şahid olanlardan da deyildin.