Rum Surəsi 44. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kim küfr edərsə, küfrü öz əleyhinə olar. Yaxşı görənlər isə özləri üçün (Cənnətdə yer) hazırlamış olarlar.
Bünyadov-Məmmədəliyev:
Küfr edənin küfrü öz əleyhinə olar (qazandığı günaha görə Cəhənnəmə atılar). Yaxşı görənlər isə özləri üçün (Cənnətdə) rahat mənzillər hazırlamış olarlar ki,
Elmir Quliyev :
Кто не уверовал, того неверие обратится против него самого. А те, которые поступали праведно, будут готовить для себя места в Раю.
Ələddin Sultanov:
Kim kafir olarsa, onun küfrü öz əleyhinə olar. Yaxşı görənlər isə özləri üçün (cənnətdəki yerlərini) hazırlamış olarlar.
Kerbelayi Malik ağa:
Kim inkar edərsə, küfrü öz əleyhinədir. Kim saleh əməl (nəfs islahedici əməl) işlərsə, beləcə onlar öz nəfsləri üçün xeyir hazırlamış olurlar.
Ələsgər Musayev:
kim küfr edərsə, öz əleyhinədir onun küfrü. kim əməli salehdirsə, öz nəfsləri üçün hazırlamış olarlar,
A.Mehdiyev və D.Cəfərli:
Kim kafir olsa, küfrü öz ziyanınadır. Yaxşı görənlər isə özləri üçün (axirət aləminin əbədi həyat vasitələrini) hazırlayarlar ki,
Kövsər Tağıyev:
Kim inkar edərsə, inkarı öz əleyhinədir. Kim saleh bir əməl işlərsə, ancaq özləri üçün (cənnətdə yer) hazırlamış olarlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Kim küfr edərsə, küfrü öz əleyhinə olar, kim düz görərsə, özləri üçün gözəl yer hazırlayarlar
Sabirə Dünyamalıyeva:
Kim küfr işləsə [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar etsə], bu inkarı/inanmaması öz əleyhinədir. Kim saleh əməl işləsə, artıq onlar özləri üçün döşək/rahat bir yer hazırlamış olarlar.