Şura Surəsi 44. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah kimi azğınlığa salsa, bundan sonra onun heç bir himayəçisi olmaz. Sən zalımları əzabı gördükləri zaman: “Qayıtmağa bir yol yoxdurmu?”– deyən görəcəksən.
Bünyadov-Məmmədəliyev:
Allahın yoldan çıxartdığı kimsəyə (Allahın) Özündən başqa yol göstərən olmaz. (Ya Peyğəmbər!) Sən zalımları əzabı gördükləri zaman: “(Pərvərdigara!) Geri dönməyə dünyaya qayıtmağa) bir yol varmıdır?” deyən görəcəksən.
Elmir Quliyev :
У того, кого Аллах ввел в заблуждение, после этого не будет покровителя. Ты увидишь, как беззаконники, увидев мучения, скажут: "Нет ли пути для возвращения?"
Ələddin Sultanov:
Allah kimi haqq yoldan azdırarsa, bundan sonra onun heç bir himayədarı olmaz. Əzabı gördükləri zaman zalımların: “Geri dönmək üçün bir yol varmı?” dediklərini görərsən.
Kerbelayi Malik ağa:
Allah kimi dəlalətdə buraxsa, o təqdirdə onun üçün bundan sonra bir vəli (dost) yoxdur. Zalımları əzabı gördükləri zaman: ‘(Dünyaya) geri dönməyə bir yol varmı?’ deyərkən görərsən.
Ələsgər Musayev:
Kimi zəlalətdə Allah tərk edir yoxdur onun üçün Ondan sonra dost görürsən zalimləri amma elə ki, gördülər əzabı, deyirlər: «Varmı tərəfinə qayıtmaq yolundan?
A.Mehdiyev və D.Cəfərli:
Allahın boşladığı (və üzərindən lütf nəzərini götürdüyü) kəsə Allahdan başqa əsla bir başçı yardımçı olmayacaqdır. Zalımların (Cəhənnəm) əzabı(nı) görən zaman «(dünyaya ya iman tövbəyə) qayıtmaq üçün bir yol varmı?» deyən görəcəksən.
Kövsər Tağıyev:
Allah kimi sapdırarsa, bundan sonra onun üçün heç bir dost yoxdur. Əzabı gördükləri zaman zalımların “Dünyaya qayıtmaq üçün bir yol varmı?” dediklərini görərsən.
M.Qənioğlu və T.Bilaloğlu:
Kimi ki Allah yoldan çıxarır, onun Ondan başqa bir himayəçisi olmaz. Sən haqsızların əzabı görcək: “Geriyə bir yol yoxdurmu?" - dediklərini görəcəksən.
Sabirə Dünyamalıyeva:
Allah hər kimi azdırırsa, artıq bundan sonra onun üçün heç bir köməkçi, yol göstərici, qoruyucu yaxın yoxdur. sən əzabı gördüklərində şərik qoşaraq səhv/öz zərərlərinə edənlərin: “Geri dönüş yerinə bir yol vardırmı?” dediklərini görərsən.