Əlixan Musayev:
İki nəfərdən qurtulmuş olanı, uzun müddətdən sonra xatırlayaraq dedi: “Mən sizə onun yozumunu bildirərəm. Bircə məni (Yusufun yanına )göndərin!”
Bünyadov-Məmmədəliyev:
(Zindandakı) iki (cavan) oğlandan (edamdan) xilas olan (şərabpaylayan) bir neçə müddətdən sonra (Yusifi) xatırlayıb dedi: “Mən sizə onun yozumunu xəbər verərəm. Bircə məni (zindana – Yusifin yanına) göndərin!”
Elmir Quliyev
:
Но тот из двух людей, который спасся, вдруг вспомнил его спустя много времени и сказал: "Я расскажу вам его толкование, только пошлите меня".
Ələddin Sultanov:
(Yusiflə birlikdə zindana düşən) o ikisindən xilas olanı bir müddət sonra (Yusifi) xatırlayıb dedi: “Mən sizə onun yozumunu xəbər verərəm. Dərhal məni (Yusifin olduğu zindana) göndərin!”
Kerbelayi Malik ağa:
O ikisindən qurtulmuş olan (unutduğunu) xatırladı və (belə) dedi: ‘Mən sizə bir müddət sonra onun təvilini (yozumunu) bildirəcəm. Dərhal məni göndərin.’
Ələsgər Musayev:
Nicat tapmış və bir müddətdən sonra yadına
düşmüş o iki nəfərdən biri dedi: «Mən sizi bunların həllindən
xəbərdar edərəm. Məni onun yanına göndərin!»
A.Mehdiyev və D.Cəfərli:
Və (zindandakı) o iki nəfərdən nicat tapmış və uzun bir müddət sonra (zindanı, Yusufu və yuxu yozumunu) yada salan şəxs dedi: «Mən sizi bu yuxunun yozumundan xəbərdar edərəm. Buna görə də məni (zindana) göndərin!»
Kövsər Tağıyev:
Zindandakı iki nəfərdən qurtulmuş olanı neçə vaxtdan sonra (Yusufu) xatırladı və: “Mən sizə onun yozumunu xəbər verərəm, dərhal məni (zindana) göndərin”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
(Zindandan) xilas olan bir qədərdən sonra yadına salaraq dedi: "Bunun yozumunu sizə bildirərəm. Məni (Yusufun yanına) göndərin!"
Sabirə Dünyamalıyeva:
Və o iki [nəfərdən] xilas olanı, iş işdən keçdikdən sonra xatırlayaraq dedi ki: "Mən sizə o görünüşün qəti olaraq nəyi ifadə etdiyini xəbər verərəm, dərhal məni göndərin."