Qəsəs Surəsi 45. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Lakin Biz (Musadan )(sonra) neçə-neçə nəsillər yaratdıq onlar uzun ömür sürdülər. Sən Mədyən sakinləri arasında olub ayələrimizi onlara oxumurdun. Lakin elçiləri Biz göndəririk.
Bünyadov-Məmmədəliyev:
Lakin Biz (Musadan sonra) neçə-neçə nəsillər yaratdıq. Onlar uzun ömür sürdülər. (Vəhy kəsildi; bir çox xəbərlər unudulub getdi, şəriət təhrif olundu). Sən ayələrimizi onlara oxuyarkən Mədyən əhli arasında deyildin. (Sən Mədyəndə deyildin ki, onların əhvalını bilib Məkkə əhlinə xəbər verəsən. Buna görə onlar sənin bu xəbərləri Mədyən camaatından öyrəndiyini deyə bilməzlər). Lakin Biz (bu əhvalatları onlara olduğu kimi xəbər vermək üçün səni) peyğəmbər göndərdik. [Və ya: Ancaq (bu xəbərləri sənə) göndərən Bizik].
Elmir Quliyev :
Но Мы сотворили поколения после Мусы (Моисея), и долгим оказался для них срок. Тебя не было среди жителей Мадьяна, и ты не читал им Наши аяты, но Мы отправили посланников.
Ələddin Sultanov:
Lakin Biz neçə-neçə nəsillər yaratdıq ki, onların üzərindən uzun zaman keçdi. Sən Mədyən xalqı arasında yaşayıb ayələrimizi onlara oxumurdun. Lakin Biz (bu xəbərləri sənə) göndəririk.
Kerbelayi Malik ağa:
Lakin (bir çox) nəsillər yaratdıq. Onların ömürləri uzun oldu. Sən Mədyən xalqı arasında olmadığın halda onlara ayələrimizi oxuyursan. Lakin (o ayələri sənə) göndərən Bizik.
Ələsgər Musayev:
Lakin Biz insa etdik n?sill?ri v? davam edirdi onlar?n omurl?ri. S?n olmad?n M?dy?n ?hli ic?risind? olanlardan, tilavat ed?r?k onlara ay?tl?rimizi. Lakin Biz gond?r?nl?r olduq.
A.Mehdiyev və D.Cəfərli:
Lakin Biz silsilə dövrlərdə bir sıra cəmiyyətlər yaratdıq, (onların) ömürləri çox uzun oldu (onların xəbərləri köhnəldi dəyişdi. Biz o xəbərləri indi sənə vəhy edirik). Sən Mədyən əhalisi içində yaşamırdın ki, Bizim ayələrimizi bunlara (Məkkə müşriklərinə öz gördüklərini) söyləyəsən. Lakin Biz göndərənik (peyğəmbərləri göndərir keçmişdəkilərin xəbərlərini onlara vəhy edirik ki, insanlara söyləsinlər).
Kövsər Tağıyev:
Lakin biz (Musadan sonra) bir çox nəsillər ərsəyə gətirdik. Onların üstündən uzun zaman keçdi. Sən Mədyən əhli arasında yaşamırdın, ayələrimizi onlardan oxuyub öyrənmirdin. Lakin biz (bu xəbəri) göndərənik.
M.Qənioğlu və T.Bilaloğlu:
Lakin Biz (Musadan sonra da) neçə-neçə nəsil yetişdirdik onlar uzun ömür sürdülər. Sən Mədyən sakinləri içərisində olub onlar üçün ayələrimizi oxumurdun. Əksinə, (onları sənə) göndərən Bizik.
Sabirə Dünyamalıyeva:
Amma Biz neçə-neçə nəsillər yaratdıq, onların ömürləri uzandıqca uzandı. Sən onlara ayələrimizi oxuyaraq, Mədyən camaatı arasında olanlardan da deyildin. Lakin Biz elçi göndəririk.