Əlixan Musayev:
Səndən əvvəl göndərdiyimiz elçilərdən (onların davamçılarından) soruş; Biz Mərhəmətli (Allahdan) başqa ibadət ediləsi məbudlarmı icad etmişik?
Bünyadov-Məmmədəliyev:
Səndən əvvəl göndərdiyimiz peyğəmbərlərdən (onların ümmətlərinin alimlərindən və müxlis möminlərindən) soruş: “Biz Rəhmandan başqa ibadət olunası tanrılarmı müəyyən etmişik?!”
Elmir Quliyev
:
Спроси тех посланников, которых Мы отправили до тебя, сделали ли Мы помимо Милостивого других богов, которым можно поклоняться?
Ələddin Sultanov:
Səndən əvvəl göndərdiyimiz peyğəmbərlərimizdən (onların ümmətlərindən) də soruş. Məgər Biz Rəhman olan Allahdan başqa ibadət ediləsi ilahlar təyin etmişik?!
Kerbelayi Malik ağa:
Səndən əvvəl göndərdiyimiz rəsullarımızdan soruş! Rəhmandan başqa tapınılacaq ilahlar təyin etdikmi?
Ələsgər Musayev:
Sual et o kəsdən ki,
göndərmişik səndən qabaq rəsullarımızdan: «Ə, etdikmi Biz
Rəhmandan başqa ilahilər, ibadət edilələr?»
A.Mehdiyev və D.Cəfərli:
Səndən qabaq göndərdiyimiz peyğəmbərlərdən (ümmətin alimlərindən və təhrif edilməmiş kitablardan və yaxud meracda onların ruhlarından) soruş (gör) heç Biz (tarixin əvvəlindən indiyə kimi) Rəhman Allahdan başqa ibadət edilən bir məbudlar təyin etmişik?!
Kövsər Tağıyev:
Səndən əvvəl göndərdiyimiz elçilərimizdən soruş: “Rəhmandan başqa ibadət edilməyə layiq ilahlar yaratmışıqmı?”
M.Qənioğlu və T.Bilaloğlu:
Səndən əvvəl göndərdiyimiz peyğəmbərlərimizdən [onların ümmətlərindən] soruş görək məgər biz Mərhəmətli (Allahdan) başqa ibadət ediləsi tanrılar düzəltmişik?!
Sabirə Dünyamalıyeva:
Və sən, səndən əvvəl göndərdiyimiz elçilərimizdən olan kəslərdən soruş; bak araşdır, düşün! "Biz Rəhmanın [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahın] altındakılardan, ibadət ediləsi məbudlar müəyyən etmişikmi?"