Əlixan Musayev:
Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver!
Bünyadov-Məmmədəliyev:
Biz onların nə dediklərini çox gözəl bilirik. (Ya Peyğəmbər!) Sən onlara zor edən (onları zorla imana gətirən) deyilsən. Sən Mənim təhdidimdən (əzabımdan) qorxanlara Quranla öyüd-nəsihət ver!
Elmir Quliyev
:
Нам лучше знать, что они говорят, и тебе не надо принуждать их. Увещевай же Кораном тех, кто страшится Моей угрозы.
Ələddin Sultanov:
Biz onların nə dediklərini çox yaxşı bilirik. Sən onları (iman gətirmələri üçün) məcbur edən deyilsən. Ona görə də sən Mənim əzabımdan qorxan kimsələrə Quranla öyüd ver!
Kerbelayi Malik ağa:
Onların nə söylədiklərini ən yaxşı Biz bilirik. Sən onların üzərində məcburedici deyilsən. Elə isə Mənim vədimdən (vəd etdiyim cəzadan) qorxanları Quran ilə xəbərdar et.
Ələsgər Musayev:
Biz yaxşı bilirik ki, nə deyirlər və sən onlar üçün məcbur
edən deyilsən. Yad et Quran ilə, kim xoflanır Mənim
hədələməyimdən!
A.Mehdiyev və D.Cəfərli:
Biz onların (kafirlərin təkzib, istehza, şirk və məadın inkarı barəsində) dediklərini daha yaxşı bilirik və sən onlara hakim deyilsən (ki, iman gətirərək Allaha təslim olmağa zorla vadar edəsən). Odur ki, Mənim hədələrimdən qorxan kəsə bu Qur’an vasitəsi ilə öyüd-nəsihət ver.
Kövsər Tağıyev:
Biz onların nə dediklərini çox yaxşı bilirik. Sən onlara qarşı bir zorba deyilsən. O halda sən mənim vədimdən qorxan kimsələrə Qur`an ilə öyüd ver.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onların nə dediklərini çox yaxşı bilirik. Sən onları (imana) məcbur edən deyilsən. Sən Mənim (əzab) vədimdən qorxan kəsə Quranla öyüd-nəsihət ver.
Sabirə Dünyamalıyeva:
Biz, onların dediklərini daha yaxşı bilirik. Və sən, onlara zor edən deyilsən. Elə isə sən, Mənim xəbərdarlığımdan qorxan kəslərə Quran ilə öyüd ver.