Əlixan Musayev:
Onlara Allahdan başqa kömək edəcək dostlar olmayacaqdır. Allah kimi azğınlığa salsa, onun üçün heç bir (qurtuluş) yolu olmaz.
Bünyadov-Məmmədəliyev:
Onlara Allahdan başqa yardım edəcək (Allahın əzabından qurtara biləcək) dostlar tapılmayacaqdır. Allahın (öz pis əməlinə, çirkin etiqadına görə) zəlalətə saldığı kimsə üçün (haqqa dönüb qayıtmağa) heç bir yol olmaz!
Elmir Quliyev
:
У них не будет покровителей и помощников, которые бы помогли им вместо Аллаха. Нет пути тому, кого Аллах ввел в заблуждение.
Ələddin Sultanov:
Onların Allahdan başqa yardım edəcək dostları da yoxdur. Allah kimi haqq yoldan azdırarsa, onun üçün heç bir çıxış yolu olmaz.
Kerbelayi Malik ağa:
Onların Allahdan başqa yardım edəcək dostları olmayacaqdır. Allah kimi dəlalətdə buraxarsa, artıq onun üçün bir yol (qurtuluş) yoxdur.
Ələsgər Musayev:
Olmadı onlar üçün dostdan yardım edə onlara Allahdan başqa. Kimi zəlalətdə tərk edir Allah, onun üçün yol yoxdur!
A.Mehdiyev və D.Cəfərli:
Onların Allahın müqabilində onlara kömək edəcək bir başçı və dostları olmayacaq. Allahın (rəhmətini kəsməklə) azğınlıqda boşladığı kəsin əsla bir (nicat) yolu yoxdur.
Kövsər Tağıyev:
Allahdan başqa onlara yardım edəcək dostları da yoxdur. Allah kimi sapdırarsa, onun üçün heç bir çıxış yolu yoxdur.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlann Allahdan başqa özlərinə kömək edəcək himayəçiləri olmayacaqdır. Kimi ki Allah yoldan çıxarır, ona bir çıxış yolu olmaz.
Sabirə Dünyamalıyeva:
Onlar üçün Allahın yaratdıqlarından özlərinə kömək edəcək heç bir köməkçi, yol göstərici, qoruyucu yaxın yoxdur. Allah kimi də azdırırsa, artıq onun üçün hər hansı bir yol yoxdur.