Maidə Surəsi 47. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Qoy İncil əhli Allahın onda nazil etdiyi (şəriət qanunları) əsasında hökm versinlər. Allahın nazil etdiyi ilə hökm ver-məyənlər məhz onlar fasiqlərdir.
Bünyadov-Məmmədəliyev:
İncil əhli Allahın onda nazil etdiyi (ehkam) ilə hökm etsin. Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, günahkarlardır.
Elmir Quliyev :
Пусть люди Инджила (Евангелия) судят по тому, что Аллах ниспослал в нем. Те же, которые не принимают решений в соответствии с тем, что ниспослал Аллах, суть нечестивцы.
Ələddin Sultanov:
İncil əhli Allahın onda nazil etdiyi ilə hökm versin. Kim Allahın nazil etdiyi ilə hökm verməzsə, onlar əsil günahkarlardır.
Kerbelayi Malik ağa:
İncil sahibləri Allahın onda (İncildə) endirdiyi (hökmlər, qanunlar) ilə hökm etsinlər. Kim Allahın endirdiyi ilə hökm etməzsə, o təqdirdə onlar fasiqlərdir.
Ələsgər Musayev:
Hökm etsin əhli Incil ilə ki, nazil edib Allah onda! kim hökm etməyə ilə ki, nazil edib Allah - həmin onlar fasiqlərdir!
A.Mehdiyev və D.Cəfərli:
Gərək İncil əhli Allahın onda nazil etdiyinin əsasında hökm etsin. Allahın nazil etdiyinin əsasında hökm etməyənlər məhz onlardır fasiqlər!
Kövsər Tağıyev:
İncil əhli Allahın ona endirdiyi ilə hökm versin. Allahın endirdiyi ilə hökm verməyənlər fasiqlərdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Qoy İncil əhli Allahın onda nazil etdiyi (hökmlər) ilə hökm versin. Kim Allahın nazil etdiyi (hökmlər) ilə hökm verməzsə, onlar yolunu azmışlardır.
Sabirə Dünyamalıyeva:
İncil əhli Allahın onun [İncilin] içərisində nazil etdiyi şeylərlə hökm etsin. Kim, Allahın nazil etdiyi ilə hökm etməzsə, məhz onlar haqq yoldan çıxanlardır.