Əlixan Musayev:
Onlar Rəbbinin hüzurunda səf-səf duracaqlar. (Biz deyəcəyik:) “Hüzurumuza sizi ilk dəfə yaratdığımız kimi gəldiniz. Amma siz elə güman edirdiniz ki, Biz sizə müəyyən bir vaxt təyin etməyəcəyik”.
Bünyadov-Məmmədəliyev:
Onlar Rəbbinin hüzuruna cərgə-cərgə (səf-səf) gətiriləcəklər. (Onlara belə deyiləcək: ) “Siz Bizim yanımıza sizi ilk dəfə yaratdığımız kimi (lüt-üryan, mal-dövlətsiz) gəldiniz. Lakin siz elə güman edirdiniz ki, Biz sizə verdiyimiz vədi (öləndən sonra diriləcəyinizi) yerinə yetirməyəcəyik!”
Elmir Quliyev
:
Они предстанут перед твоим Господом рядами: "Вы пришли к Нам такими, какими Мы создали вас в первый раз. Но вы предполагали, что Мы не назначили встречи с вами".
Ələddin Sultanov:
Onlar Rəbbinin hüzuruna çıxarılacaqlar (və onlara belə deyiləcək:) “Sizi ilk dəfə yaratdığımız kimi hüzurumuza gəldiniz. Ancaq siz, sizin üçün (belə bir) vədələşmə yeri yaratmayacağımızı iddia etmişdiniz!”
Kerbelayi Malik ağa:
Onlar Rəbbinin hüzuruna səff-səff gətiriləcəklər. And olsun ki, siz Bizə ilk yaratdığımız kimi gəldiniz. Xeyr, sizə vəd ediləni etməyəcəyimizi güman etdiniz.
Ələsgər Musayev:
Onlar sənin Rəbbinin hüzurunda səflərlə
göstərilmiş olacaqlar. «Bizim yanımıza gəldiniz, nə qədər,
əvvəl dəfədə sizi xəlq etmişdik. Bəli, zənn edirdiniz ki, ə, sizin
üçün müəyyən olunmuş vaxt qərar verməyəcəyik?»
A.Mehdiyev və D.Cəfərli:
Onların hamısı cərgələrə düzülmüş halda sənin Rəbbinə təqdim olunarlar. (Biz onlara deyərik:) «Həqiqətən (siz bu gün) Bizim yanımıza sizi (dünyada) ilk dəfə yaratdığımız kimi (tək və əliboş) gəldiniz. Lakin (dünyada hesab və cəza üçün) sizə bir vəd yeri təyin etməyəcəyimizi güman edirdiniz!»
Kövsər Tağıyev:
Hamısı səf-səf Rəbbinin hüzuruna çıxarılacaq. Onlara: “And olsun, sizi ilk dəfə yaratdığımız kimi hüzurumuza gəldiniz. Halbuki sorğu-suala çəkiləcəyiniz bir vaxt təyin etmədiyimizi sanmışdınız”, – deyiləcək.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar sənin Rəbbinə cərgə-cərgə göstəriləcəklər (və onlara deyiləcək); "Hüzurumuza sizi ilk dəfə xəlq etdiyimiz görkəmdə gəldiniz. Siz isə iddia edirdiniz ki, Biz sizə müəyyən bir vaxt təyin etməyəcəyik."
Sabirə Dünyamalıyeva:
Və onlar, səflər halında Rəbbinin hüzuruna yayılmışlar: "Şübhəsiz, sizi ilk əvvəl əmələ gətirdiyimiz kimi, Bizim yanımıza gəldiniz. Əslində siz, sizin üçün görüşmə gününü gerçək etməyəcəyimizə batil bir şəkildə inanırdınız."