Həcc Surəsi 48. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Neçə-neçə şəhərlərə, (əhalisi) zülm edərkən möhlət verdim, sonra onları (əzab)(­la) yaxaladım. Dönüş ancaq Mənədir!
Bünyadov-Məmmədəliyev:
Neçə-neçə məmləkətə (məmləkət əhlinə) zülm etdikləri (kafir olduqları) halda möhlət verdim, sonra onları (əzabla) yaxaladım. Axır dönüş ancaq Mənədir! (Onlar, nəhayət, Mənim hüzuruma gələcək, qazandıqları günaha görə əbədi əzaba düçar olacaqlar).
Elmir Quliyev :
Скольким селениям, которые были несправедливы, Я предоставил отсрочку! Впоследствии Я схватил их, и ко Мне предстоит прибытие.
Ələddin Sultanov:
Neçə-neçə məmləkət vardır ki, (xalqı) zalım olduğu halda onlara möhlət verdim, sonra da onları (əzabımla) yaxaladım. Axır dönüş Mənədir!
Kerbelayi Malik ağa:
(Xalqı) zalım olan neçə-neçə ölkələr kimi ona möhlət verdim. Sonra onu yaxaladım. Dönüş Mənədir.
Ələsgər Musayev:
qədər kəndlərə möhlət verdim, onlar zalim idilər. Sonra onları tutdum qayıdış Mənə tərəfdir!
A.Mehdiyev və D.Cəfərli:
Neçə-neçə insan cəmiyyətləri (var idi) ki, onlara zalım oduqları halda möhlət verdim. Sonra onları (qəzəblə) yaxaladım. (Bütün canlı varlıqların) qayıdış(ı) Mənə tərəfdir.
Kövsər Tağıyev:
Zalım olduqları halda möhlət verdiyim, sonra isə əzabımla yaxaladığım neçə-neçə məmləkət var. Qayıdış yalnız mənədir.
M.Qənioğlu və T.Bilaloğlu:
Mən neçə-neçə məmləkətə haqsız olduğu halda möhlət verdim, sonra isə onları yaxaladım. Son dönüş Mənədir.
Sabirə Dünyamalıyeva:
şirk qoşmaq surətiylə səhv; öz zərərlərinə olan əməli işləyən neçə-neçə şəhərlər [var idi]; Mən onlara möhlət verdim, sonra onları yaxaladım. Dönüş, ancaq Mənədir.