Qəsəs Surəsi 48. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bizim tərəfimizdən onlara haqq gəldikdə onlar: “Nə üçün Musaya verilənin bənzəri ona da verilmədi?”– dedilər. Məgər onlar daha öncə Musaya veriləni inkar etməmişdilərmi? Onlar demişdilər: “Bir-birini dəstəkləyən iki sehr (Tövrat Quran)!” Həmçinin demişdilər: “Biz heç birinə inanmırıq!”
Bünyadov-Məmmədəliyev:
Dərgahımızdan onlara (müşriklərə) haqq (Quran Peyğəmbər) gəldikdə onlar: “Musaya verilən (möcüzələr) üçün eynilə ona da verilmədi?” dedilər. Məgər onlar daha öncə Musaya verilənləri danıb: “İki sehr (Tövrat Quran) bir-birilə köməkləşdi biz (iki sehrbazın Musanın Muhəmmədin) hər birini inkar etdik!” deməmişdilərmi?
Elmir Quliyev :
Когда же к ним явилась истина от Нас, они сказали: "Почему ему не даровано то, что было даровано Мусе (Моисею)?" Разве они не отвергли то, что прежде было даровано Мусе (Моисею)? Они сказали: "Эти два колдовства (Коран и Тора) поддерживают друг друга". Они также сказали: "Мы не веруем ни в одно из них".
Ələddin Sultanov:
Tərəfimizdən onlara haqq gəldiyi zaman: “Musaya verilənin (möcüzələrin) bənzəri ona da verilməli deyildimi?” - dedilər. Bəs daha əvvəl Musaya verilənləri inkar etməmişdilərmi? Onlar: “(Quran Tövrat) bir-birinə dəstək olan iki sehrdir!” dedilər. Həmçinin: “Biz hamısını inkar edirik!” - dedilər.
Kerbelayi Malik ağa:
Beləcə onlara dərgahımızdan haqq gəldiyi zaman: ‘Musaya verilənlər kimi Ona da (möcüzə) verilsə olmazdımı?’ dedilər. Musaya verilənləri daha əvvəl inkar etmədilərmi? ‘İki sehr bir-birini gücləndirdi. Şübhəsiz ki, biz hamısını inkar edənlərik.’ dedilər.
Ələsgər Musayev:
Amma el? ki, onlar ucun haqq g?ldi Bizim yan?m?zdan, dedil?r: «M?g?r ona ?ta olunmal? deyilmi Musaya ?ta olunan?n misli?» ?, onlar bundan qabaq Musaya ?ta olunana kafir olmad?larm?? Dedil?r: «Birbirinin arxas? olan iki sehrbazd?r!» Dedil?r: «Biz onlar?n kullisi il? kafirik!»
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, Bizim tərəfimizdən onlara (müşriklərə) (Peyğəmbər və) haqq (olan kitab) gəldikdə (onlar) dedilər: «Musaya verilənin (Tövratın birdəfəlik nazil olunması, əsa ağ, parlaq, nurlu əl möcüzələrinin) bənzəri üçün ona verilməmişdir?!» Məgər bu müşriklər bundan öncə Musaya veriləni inkar etməmişdilərmi? Dedilər: «(Bu Tövrat Qur’an) iki sehrdir (cadudur) ki, bir-birlərinə arxa olmuşlar. Biz hər ikisini inkar edirik». (Və məgər o müşriklər bundan öncə Musaya verdiyimizi inkar etməmişlərmi? Dedilər: «(Musa Harun) iki məharətli sehrbazdır bir-birlərinə arxa olmuşlar. Biz hər ikisini inkar edirik»).
Kövsər Tağıyev:
Onlara dərgahımızdan haqq gəldikdə: “Gərək Musaya verilən (möcüzə)lərin bənzəri ona da veriləydi”, dedilər. Onlar daha əvvəl Musaya verilən (möcüzə)ləri inkar etməmişdilərmi? Onlar: “İki sehrbaz bir-birinə arxa durur”, dedilər. “Biz hamısını inkar edirik”, dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Bizdən onlara haqq gələn kimi isə onlar dedilər: “Ona da Musaya əta olunmuşa bənzəri veriləydi də!” Məgər onlar öncə Musaya əta olunmuşu inkar etməmişdilər? Onlar dedilər “Bir-birinə yardım edən iki sehrbaz!” və: "Biz heç birinə [Tövrata Qurana, yaxud Musaya Məhəmmədə] inanmırıq." - dedilər.
Sabirə Dünyamalıyeva:
Beləliklə, onlara Bizim tərəfimizdən o haqq [olan] gəldikdə, "Musaya verilən şeylər; əlamətlər; nişanlar kimi şeylər ona da verilməli deyildimi?" dedilər. Daha əvvəl Musaya veriləni ört-basdır edib inkar etməmişdilərmi? "Bir-birinə arxa çıxan; bir-birini dəstəkləyən iki sehr; təsirli məlumat" demişdilər. "Şübhəsiz ki, biz hamısını qəbul etməyəcəyik" demişdilər.