Rum Surəsi 48. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Buludları qaldıran küləkləri Allahdır göndərən. (Allah) səmada onları istədiyi kimi yayıb topa-topa edir. Sən onlardan yağış töküldüyünü görürsən. (Allah) onu qullarından istədiyi kimsələrə endirən kimi onlar sevinirlər.
Bünyadov-Məmmədəliyev:
Buludları hərəkətə gətirən küləkləri göndərib onları göy üzündə istədiyi kimi yayan topa-topa edən Allahdır. Artıq buludların arasından yağış çıxdığını görürsən. Onu (yağışı) bəndələrindən istədiyinə verən kimi onlar sevinərlər.
Elmir Quliyev :
Аллах Тот, Кто посылает ветры, которые поднимают облака. Он простирает их по небу, как пожелает, и разрывает их в клочья. Потом ты видишь, как из их расщелин льется дождь. Стоит Ему пролить его на тех из Своих рабов, на кого Он пожелает, как они радуются,
Ələddin Sultanov:
Küləkləri göndərib buludları hərəkətə gətirən Allahdır. Allah onları göydə istədiyi kimi yayar parça-parça edər. Onların arasından da yağışın çıxdığını görərsən. Allah dilədiyi qullarına onu (yağışı) nəsib edən zaman onlar sevinərlər.
Kerbelayi Malik ağa:
Allah küləkləri göndərər beləcə buludları hərəkət etdirər. Sonra səmada onu dilədiyi kimi yayar. Onu qisimlərə ayırar, bundan sonra onun arasından yağışın çıxdığını görərsən. Beləcə qullarından dilədiyinə onu (yağışı) endirdiyi zaman onlar sevinərlər.
Ələsgər Musayev:
Allah Odur ki, göndərir küləkləri seyr etdirir buludları dağıdır onları səmada necə istəyir edir onları bölük-bölük. sən görürsən yağış damcıları xaric olur onların arasından onda O yetirir onları Öz bəndələrindən kimə istəsə, onlar isə sevinirlər.
A.Mehdiyev və D.Cəfərli:
Küləkləri göndərib, buludu hərəkətə gətirən (Allah) onu göydə istədiyi kimi yayır müxtəlif topalar şəklinə salır, bu zaman görürsən ki, yağış onun arasından çıxır. Elə ki, (Allah) o yağışı bəndələrindən istədiyinə yetirir, dərhal sevinir şad olurlar.
Kövsər Tağıyev:
Allah küləkləri göndərəndir. Onlar isə buludları hərəkətə gətirir. Allah onları göy üzündə istədiyi kimi (bəzən) yayır (bəzən də) sıxlaşdırır. Nəhayət, sən onların arasından yağmurun çıxdığını görərsən. Onu istədiyi qullarına tuş gətirdiyi zaman onlar sevinərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Küləkləri göndərən Allahdır. Küləklər isə buludları hərəkətə gətirir. Allah bunları parça-parça edərək istədiyi kimi səmada yayır sən buludların arasından yağmurun necə çıxdığını görürsən. O, onu bəndələrindən istədiyi kəslərə göndərəndə isə onlar sevinirlər,
Sabirə Dünyamalıyeva:
Allah küləkləri göndərəndir. Sonra küləklər, bir buludu sovurur. Sonra Allah onu səmada necə istəsə elə yayır onu topa-topa edir. Sonra da sən, onun dərinliklərindən yağış çıxdığını görərsən. Allah, onu bəndələrindən istədiyi kəslərə göndərəndə, onlar müjdə alır, sevinirlər.