Əlixan Musayev:
Əgər üzlərini çevirsələr, (unutma ki,) Biz səni onlara nəzarətçi təyin etməmişik. Sənin vəzifən ancaq təbliğ etməkdir. Biz insana Öz mərhəmətimizdən daddırdıqda ona sevinir. Onlara öz əlləri ilə etdikləri əməllərin ucbatından bir bədbəxtlik üz verdikdə isə insanın nankor olduğunu görərsən.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Əgər (bu müşriklər sənin dəvətindən) üz döndərsələr (əsla ürəyini qısma). Biz səni onlara gözətçi göndərməmişik. Sənin öhdənə düşən ancaq (risaləti) təbliğ etməkdir. Əgər Biz insana Öz dərgahımızdan bir mərhəmət (nemət) daddırsaq, ona sevinər; yox, əgər onlara öz əlləri ilə etdikləri əməllərin ucbatından bir pislik toxunsa, (görərsən ki) insan, həqiqətən, nankordur!
Elmir Quliyev
:
Если же они отвернутся, то ведь Мы не посылали тебя их хранителем. На тебя возложена только передача откровения. Когда Мы даем человеку вкусить Нашу милость, он радуется ей. Когда же его поражает зло за то, что приготовили его руки, то человек становится неблагодарен.
Ələddin Sultanov:
Əgər onlar (haqdan) üz döndərsələr, bil ki, Biz səni onlara gözətçi göndərməmişik. Sənin vəzifən yalnız təbliğ etməkdir. Əgər insana Öz tərəfimizdən bir mərhəmət daddırsaq, o, buna görə sevinər. Ancaq etdikləri əməllər ucbatından başlarına pis bir iş gəlsə, bu zaman insanlar nankor olarlar.
Kerbelayi Malik ağa:
Bundan sonra əgər üz çevirsələr, Biz səni onların üzərinə mühafız olaraq göndərmədik. Sənin üzərinə düşən yalnız təbliğdir. Şübhəsiz ki, Biz insana tərəfimizdən bir rəhmət daddırdığımız zaman onunla sevinər. Əgər əlləriylə təqdim etdikləri səbəbiylə bir pislik üz verərsə, o zaman insan mütləq nankor olar (inkar edər).
Ələsgər Musayev:
Əgər üz
döndərsələr, Biz səni üzərinə onların mühafiz göndərməmişik.
Sənin üzərində olan ancaq təbliğdir. Biz onda ki, daddıraq
insana rəhmətimizdən, fərəhlənir onunla. Əgər yetişə onlara
pislik nə ilə ki, əlləri hazırlamış idi… Həqiqətən, insan kafirdir.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə əgər (sənin dəvətindən) üz döndərsələr (bunun üçün sən məzəmmət edilməzsən. Çünki Biz) səni onlara gözətçi göndərməmişik. Sənin öhdəndə (dinin tapşırıqlarını) çatdırmaqdan başqa bir şey yoxdur (onların ürəkdən etiqad bəsləmələri, əməli bağlılıqları, dünya və axirətdə cəzalandırılmaları sənin vəzifən deyil). Biz insana Öz tərəfimizdən bir mərhəmət daddıran zaman ona sevinər. Əldə etdikləri müqabilində onlara bir pislik və müsibət yetişəndə isə, şübhəsiz, insan çox nankordur (həmin müsibətə görə bütün nemətləri yaddan çıxarır).
Kövsər Tağıyev:
Əgər üz döndərsələr, (bil ki,) biz səni onlara gözətçi göndərmədik. Sənin vəzifən sadəcə təbliğdir. Həqiqətən, biz insana qatımızdan bir rəhmət daddırdığımız zaman ona sevinər, lakin əlləri ilə etdikləri işlərdən ötrü onlara bir pislik toxunarsa, o zaman da insan çox nankordur.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onlar üz döndərsələr, (bil ki,) Biz səni onların üzərinə gözətçi göndərməmişik, sənin üzərinə ancaq (dəvəti) çatdırmaq düşür. Biz insana Öz mərhəmətimizdən daddırdıqda, o, buna sevinir, öz əlləri ilə hazırladığı (günahlar) üzündən ona bir müsibət üz verdikdə isə (asi olur), çünki insan naşükürdür.
Sabirə Dünyamalıyeva:
Buna baxmayaraq, əgər onlar üz çevirirlərsə, bilsinlər ki, Biz səni onların üzərinə bir gözətçi olaraq göndərmədik. Sənə düşən, sadəcə, təbliğdir. Və Biz şübhəsiz ki, insana tərəfimizdən bir mərhəmət daddırdığımız zaman, ona sevindi. Əgər əlləri ilə etdikləri üzündən özlərinə bir pislik isabət edərsə də, o zaman görərsən ki, şübhəsiz, o insan çox nankordur.