Əlixan Musayev:
Bunlar, sənə vəhy yolu ilə bildirdiyimiz qeyb xəbərlərindəndir. Bundan əvvəl onları nə sən, nə də sənin ümmətin bilirdi. Səbr et! Şübhəsiz ki, (gözəl) aqibət müttəqilərindir.
Bünyadov-Məmmədəliyev:
Bunlar (bu əhvalatlar) sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. (Ya Peyğəmbərim! Müşriklərin və kafirlərin əzab-əziyyətinə) səbr et. Həqiqətən, (gözəl) aqibət müttəqilərindir!
Elmir Quliyev
:
Все это — повествования о сокровенном, которые Мы ниспосылаем тебе в откровении. Ни ты, ни твой народ не ведали о них прежде. Будь же терпелив, ибо добрый исход уготован богобоязненным.
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Bundan əvvəl onları nə sən bilirdin, nə də qövmün. Ona görə də səbir et! Şübhəsiz ki, gözəl aqibət müttəqilərin olacaqdır.
Kerbelayi Malik ağa:
Bunlar sənə vəhy etməkdə olduğumuz qeyb xəbərlərindəndir. Sən və qövmün bundan əvvəl onu bilmirdiniz. Artıq səbir et, şübhəsiz ki, (gözəl) aqibət təqva sahiblərinindir.
Ələsgər Musayev:
Bunlar qeyb
xəbərlərindəndir. Biz vəhy edirik onu sənə. Bundan qabaq sən
və sənin qoumun onları bilmirdiniz. Səbr et! Həqiqətən, aqibət
müttəqilər üçündür!
A.Mehdiyev və D.Cəfərli:
Bunlar qeyb xəbərlərindəndir ki, sənə vəhy edirik. Onları bundan qabaq nə sən, nə də sənin qövmün bilirdi. Buna görə də (boynunda olan ilahi vəzifənin çatdırılmasında) səbr et, ki, həqiqətən (gözəl) aqibət təqvalılara məxsusdur.
Kövsər Tağıyev:
Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Bundan əvvəl onları nə sən bilirdin, nə də qövmün. O halda səbir et. Çünki (yaxşı) sonluq Allaha qarşı gəlməkdən çəkinənlərin olacaq.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu, qeyb əhvalatlarıdır ki, sənə [Məhəmməd peyğəmbərə] vəhy edirik. Bundan əvvəl onları nə sən, nə də sənin ümmətin bilirdi. Səbr et! Həqiqətən, aqibət müttəqilərindir!
Sabirə Dünyamalıyeva:
Nuh barəsində bu deyilənlər, sənə vəhy etdiyimiz görünməyən, eşidilməyən, hiss edilməyən xəbərlərdəndir. Bunları sən və qövmün bundan əvvəl bilmirdiniz. O halda səbr et. Şübhəsiz ki, aqibət, Allahın mühafizəsi altına daxil olanlara məxsusdur.