Saffat Surəsi 49. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Özü qorunub saxlanılmış yumurta kimi (hurilər).
Bünyadov-Məmmədəliyev:
Onlar, sanki örtülü (bağlı, heç bir əl dəyməmiş, qabığı içində təzə-təzə qalmış, ağappaq) yumurtadırlar (yaxud sədəf içində gizlənmiş incidirlər).
Elmir Quliyev :
подобные оберегаемому яйцу.
Ələddin Sultanov:
Onlar günəş görməmiş (ağappaq) yumurta kimidirlər.
Kerbelayi Malik ağa:
Onlar mühafizə edilmiş (əl dəyməmiş) yumurta kimidir.
Ələsgər Musayev:
Onlar elə bil qorunmuş yumurtadırlar.
A.Mehdiyev və D.Cəfərli:
Onlar sanki örtülmüş quş yumurtalarıdır, (quş qanadları altında, yaxud parçanın içində, toz-torpaqdan çirkdən qorunmuşlar).
Kövsər Tağıyev:
Sanki onlar (bəyazlıqları ilə) gizli qalmış (gün üzü görməmiş) yumurtalardır.
M.Qənioğlu və T.Bilaloğlu:
sanki onlar qorunub (ağappaq) saxlanmış yumurtadırlar.
Sabirə Dünyamalıyeva:
Qorunub saxlanmış yumurta kimidir onlar.