Nisa Surəsi 49. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Özlərini öyənləri görmürsənmi? Xeyr! Allah istədiyini tərifləyər onlara xurma çərdəyindəki tel qədər haqsızlıq edilməz.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Özlərini təmizə çıxaranları görmürsənmi? Xeyr (elə deyil). Allah istədiyini təmizə çıxardar onlara xurma çərdəyindəki nazik tel qədər zülm olunmaz!
Elmir Quliyev :
Разве ты не видел тех, которые восхваляют сами себя? О нет! Аллах восхваляет, кого пожелает, и они не будут обижены даже на величину нити на финиковой косточке.
Ələddin Sultanov:
Özlərini təmizə çıxaran kimsələri görmədinmi? Əksinə, Allah dilədiyi kimsəni təmizə çıxardar onlara xurma çərdəyinin teli qədər belə haqsızlıq edilməz.
Kerbelayi Malik ağa:
Öz nəfslərini təmizə çıxaranları (islah etdiyini söyləyənləri) görmədinmi? Xeyr (elə deyil). Ancaq Allah dilədiyi kimsənin nəfsini islah edər (təmizə çıxarar). Onlara xurma çəyirdəyinin nazik teli qədər (belə) zülm edilməz.
Ələsgər Musayev:
Ə, görmürsənmi o kəsləri ki, paklayırlar nəfslərini? Bəli, Allah paklayır kim istəyir zülm olunmazlar xurma teli qədər!
A.Mehdiyev və D.Cəfərli:
Özlərini təmizə çıxarıb tərifləyənləri görmədinmi?! (Bəşər övladına özünü tərifləmək yaraşmaz,) əksinə istədiyinin pak olmasını tərifləyən Allahdır. (Əgər Allah onları tərifləməsə onlara özlərini təriflədiklərinə görə əzab versə) onlara xurma çərdəyinin üzərində olan nazik sap qədər zülm olunmaz.
Kövsər Tağıyev:
Özlərini təmizə çıxaranları görmədinmi? Xeyr! Allah dilədiyini təmizə çıxarar onlara tük qədər zülm edilməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Özlərini təmizə çıxaranları gömürsənmi? Halbuki Allah istədiyi kəsi tər çıxarar onlar tük qədər incidilməzlər.
Sabirə Dünyamalıyeva:
Özlərini təmizə çıxaranları görmürsənmi? Əksinə, Allah, dilədiyi kimsəni təmizə çıxarar. Onlara tük qədər haqsızlıq edilməz.