Tövbə Surəsi 49. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlardan eləsi var ki: “Mənə izn ver (döyüşə getməyim), məni günaha batırma!”– deyir. Doğrusu, onlar artıq günaha batmışlar. Şübhəsiz ki, Cəhənnəm kafirləri çulğayacaqdır.
Bünyadov-Məmmədəliyev:
Onlardan (münafiqlərdən): “Mənə (döyüşə getməməyə) izin ver, məni fitnəyə salma!” deyənlər var. Bilin ki, onlar (özləri) fitnəyə düşmüşlər. Şübhəsiz ki, Cəhənnəm kafirləri bürüyəcəkdir!
Elmir Quliyev :
Среди них есть и такой, который говорит: "Позволь мне остаться дома и не искушай меня!" Безусловно, они уже впали в искушение. Воистину, Геенна объемлет неверующих.
Ələddin Sultanov:
Onlardan elələri var ki: “Mənə (döyüşə getməməyə) izin ver məni fitnəyə (günaha) salma!” - deyir. Bilin ki, onsuz da onlar fitnəyə düşüblər. Həqiqətən, cəhənnəm kafirləri mütləq bürüyəcəkdir! (Həzrət Peyğəmbər Təbük döyüşü üçün hazırlıq görərkən Cəd ibn Qeysə: “Ey Əbu Vəhb! Əsfər oğullarından kölə xidmətçilərin olsun istəyirsənmi?” deyə sual verdi. O da: “Ey Allahın Rəsulu! Qövmüm bilir ki, mən qadınlara meyilli biriyəm. Qorxuram ki, Əsfər oğullarının qızlarını görüncə özümü saxlaya bilmərəm. Məni onlarla fitnəyə salma! Döyüşə getməməyim üçün mənə icazə ver! Mən malımla sənə yardım edim”, - demişdi. Buna görə yuxarıdakı ayə nazil oldu.)
Kerbelayi Malik ağa:
Onlardan biri: ‘Mənə icazə ver məni fitnəyə salma.’ deyər. Onlar fitnəyə düşmüş deyillərmi? Şübhəsiz ki, cəhənnəm kafirləri mütləq əhatə edəndir.
Ələsgər Musayev:
Onlardan bir kəs ki, deyir:«Mənə izn ver məni sınama!» Ə, onlar sınaqda deyillərmi? Həqiqətən, cəhənnəm kafirləri əhatə edər!
A.Mehdiyev və D.Cəfərli:
Onlardan bəzisi «mənə (bu döyüşü tərk etməyə) izn ver məni fitnəyə (sənin əmrinə qarşı çıxmaq günahına) salma!» deyir. Bil ki, onlar fitnəyə (küfr nifaq fitnəsinə) düşüblər. Şübhəsiz, Cəhənnəm kafirləri əhatə etmişdir (dünyada Cəhənnəm oduna girməyin səbəbi olan küfr itaətsizliklə əhatə olunmaq formasında, axirətdə isə nəticə olan od ilə.)
Kövsər Tağıyev:
Onlardan “Mənə izin ver, məni fitnəyə (üsyana) sövq etmə” deyən var. Bilin ki, onlar (belə deyərək) fitnəyə düşdülər. Şübhəsiz ki, cəhənnəm kafirləri, əlbəttə, bürüyəcəkdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlardan: "Mənə (cihaddan qalmağa) izn ver, fitnəyə düçar etmə!" - deyən var. Məgər özləri bəlaya düşmədilər?! Cəhənnəm kafirləri bürüyəcəkdir.
Sabirə Dünyamalıyeva:
Onlardan bəziləri: "Mənə icazə ver, məni sosial bəlaya salma/başımı bəlaya salma!" deyirlər. Gözünüzü açın! Onlar sosial bəlanın içinə düşdülər. Cəhənnəm kafirləri [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən kəsləri] hər tərəfdən əhatə edəcəkdir.