Əlixan Musayev:
Onlardan əvvəl Nuhun xalqı və sonrakı əlbir dəstələr də (elçiləri) yalançı saydılar. Hər ümmət öz elçilərini yaxalamağa qəsd edirdi. Onlar həqiqətin yalan olduğunu sübuta yetirmək üçün batil sözlərlə mübahisə aparırdılar. Mən də onları yaxaladım. (Bir görəydin) Mənim cəzam necə oldu!
Bünyadov-Məmmədəliyev:
Onlardan əvvəl Nuh qövmü, sonrakı (kafir) firqələr də (Ad, Səmud tayfaları və başqaları peyğəmbərlərini) təkzib etmiş, hər ümmət öz peyğəmbərlərini yaxalamağa (tutub öldürməyə) cəhd göstərmiş və haqqı yalana çıxartmaq məqsədilə boş sözlərlə mübahisə aparmışdılar. Buna görə də Mən onları əzabla yaxaladım. (Ya Peyğəmbər! Bir görəydin) Mənim cəzam necə oldu!
Elmir Quliyev
:
До них сочли лжецами посланников народ Нуха (Ноя) и соумышленники после них. Каждый народ намеревался схватить своего посланника. Они спорили, прибегая ко лжи, чтобы опровергнуть ею истину. Но Я схватил их, и каким же было Мое наказание!
Ələddin Sultanov:
Onlardan əvvəl Nuh qövmü və onlardan sonrakı tayfalar da (peyğəmbərləri) təkzib etmişdilər. Hər ümmət öz peyğəmbərini tutub öldürməyə çalışmış və batil vasitəsilə haqqı yox etməyə cəhd etmişdi. Buna görə də Mən onları (əzabla) yaxaladım. Mənim cəzalandırmağım necə idi?!
Kerbelayi Malik ağa:
Onlardan əvvəl Nuhun (ə.s) qövmü və onlardan sonra da (başqa) firqələr, (rəsullarını) yalanladılar. Bütün ümmətlər onları yaxalamaq üçün rəsullarına hücum etdilər. Haqqı batillə yox etmək üçün mübarizə apardılar. Sonunda Mən onları yaxaladım. O zaman Mənim cəzam necə oldu?
Ələsgər Musayev:
Yalan saydı onlardan qabaq Nuh qoumu və
onlardan sonra dəstələr. Külli ümmət öz rəsulları barəsində
düşündülər ki, tutalar onu və mücadilə edələr batillə ondan ötrü
ki, haqdan döndərsinlər onu. Mən tutdum onları və necə oldu
Mənim iqabım!
A.Mehdiyev və D.Cəfərli:
Onlardan qabaq da Nuhun qövmü və onlardan sonra gələn tayfalar (Hudun, Salehin, Lutun və digər peyğəmbərlərin qövmləri öz peyğəmbərlərini) təkzib etdilər. Hər bir ümmət öz peyğəmbərini tutmaq (yaxud sürgün etmək, həbs etmək və yaxud öldürmək) üçün onun qəsdinə durdu. Və boş söz vasitəsi ilə mübahisə etdilər ki, bu yolla haqqı zay və batil etsinlər. Beləliklə onları yaxaladıq. Buna görə də (bax gör) Mənim cəzam necə oldu!
Kövsər Tağıyev:
Onlardan əvvəl Nuhun qövmü və onlardan sonra gələn qövmlər də təkzib etmişdi. Hər ümmət öz peyğəmbərini yaxalayıb cəzalandırmağa çalışmışdı. Haqqı yox etmək üçün batil şeylər irəli sürərək mübahisə etmişdilər. Bu səbəblə onları yaxaladım. Mənim cəzalandırmağım necə imiş (gördülər)!
M.Qənioğlu və T.Bilaloğlu:
Onlardan əvvəl Nuh tayfası və bunlardan sonrakı firqələr də peyğəmbərləri yalançı hesab etdilər. Hər bir ümmət öz peyğəmbərini yaxalayıb öldürməyə çalışırdı və onun haqq sözünü batillə yox etmək üçün boş-boş mübahisə edirdi. Mən də onları (əzabımla) yaxaladım. Mənim əzabım, gör necə oldu!
Sabirə Dünyamalıyeva:
Onlardan əvvəl Nuh qövmü və onlardan sonrakı bəzi əleyhdar firqələr təkzib etmişdilər. Hər ümmət öz elçilərini yaxalamaq üçün cəhd göstərmişdi; haqqı batillə aradan götürmək üçün onunla mübarizə etdilər. Mən də onları yaxaladım. Bax, əzabım necə oldu?