Əlixan Musayev:
Bir zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Nə üçün mənə əziyyət verirsiniz? Axı siz bilirsiniz ki, mən Allahın sizə (göndərdiyi )elçisiyəm!” Onlar (doğru yoldan) sapdıqda, Allah da onların qəlbini sapdırdı. Allah fasiqləri doğru yola yönəltməz.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Xatırla ki, bir zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Mənim Allahın sizə göndərilmiş peyğəmbəri olduğumu bildiyiniz halda, niyə məni incidirsiniz?” Onlar (haqdan) üz döndərdi. Allah (Özünə asi olan) fasiqləri doğru yola yönəltməz!
Elmir Quliyev
:
Вот сказал Муса (Моисей) своему народу: "О мой народ! Почему вы причиняете мне страдания, зная, что я послан к вам Аллахом?" Когда же они уклонились, Аллах совратил их сердца. Аллах не ведет прямым путем людей нечестивых.
Ələddin Sultanov:
Bir vaxtlar Musa öz qövmünə: “Ey qövmüm! Mənim Allahın sizə (göndərdiyi) peyğəmbəri olduğumu bildiyiniz halda nə üçün məni incidirsiniz?” - demişdi. Onlar haqq yoldan azdıqları zaman Allah da onların qəlblərini azdırdı. Allah fasiqləri doğru yola yönəltməz.
Kerbelayi Malik ağa:
Hz. Musa qövmünə belə demişdi: ‘Ey qövmüm! Şübhəsiz ki, mən sizin üçün Allahın Rəsuluyam, (belə) olduğumu bildiyiniz halda nə üçün mənə əziyyət edirsiniz?’ Artıq onlar (Haqqdan) dönüncə, Allah da onların qəlblərini döndərdi. Allah fasiqlər qövmünü hidayətə ərdirməz.
Ələsgər Musayev:
Onda
Musa öz qoumuna dedi: «Ay qoumum! Nə üçün mənə əziyyət
verirsiniz və əlbəttə, bilirsiniz ki, mən Allahın rəsuluyam sizə
tərəf?» Amma elə ki, onlar əyildilər, Allah da onları qəlbləri
əyilmiş halda tərk etdi və Allah hidayət etməz fasiq qoumu!
A.Mehdiyev və D.Cəfərli:
Və (yada sal) o zamanı ki, Musa öz qövmünə dedi: «Ey mənim qövmüm, axı Allahın sizə göndərilmiş peyğəmbəri olduğumu bildiyiniz halda məni niyə incidirsiniz?!» Onlar (haqdan) üz döndərdikdə, Allah da onların dönük qəlblilərini dönüklükdə buraxdı (ilahi lütflərini onlardan kəsdi) və Allah fasiq qövmü doğru yola yönəltməz.
Kövsər Tağıyev:
Bir vaxt Musa öz qövmünə: “Ey qövmüm! Allahın sizə göndərdiyi peyğəmbəri olduğumu bildiyiniz halda nə üçün mənə əziyyət edirsiniz?” – demişdi. Onlar yoldan sapdıqda Allah da qəlblərini (doğru yoldan) sapdırdı. Allah fasiqlər qövmünə hidayət etməz.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman Musa öz camaatına dedi: "Ey camaatım, mənim sizə Allahın peyğəmbəri olmağımı bildiyiniz halda nə üçün məni incidirsiniz?" Onlar haqdan yayınanda Allah da onların ürəklərini yayındırdı. Axı Allah azğın adamlara düz yol göstərməz.
Sabirə Dünyamalıyeva:
Və bir vaxt Musa öz qövmünə: "Ey qövmüm! Şübhəsiz ki, mənim, sizin üçün Allah tərəfindən göndərilmiş bir elçi olduğumu bildiyiniz halda, niyə mənə əziyyət verirsiniz?" demişdi. Nə zaman ki, onlar əyilərək azdılar, Allah da onların qəlblərini əyərək azdırdı. Və Allah, haqq yoldan çıxmış bir qövmü [doğru yola] yönəltməz.