Əlixan Musayev:
Onlar cahiliyyə (dövrünün) hökmünümü istəyirlər? Qəti ina-nan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?
Bünyadov-Məmmədəliyev:
Onlar Cahiliyyət dövrünün hökmünümü istəyirlər? Tam qənaət sahibi olan bir camaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir?!
Elmir Quliyev
:
Неужели они ищут суда времен невежества? Чьи решения могут быть лучше решений Аллаха для людей убежденных?
Ələddin Sultanov:
Yoxsa onlar (İslamdan əvvəlki) cahiliyyə dövrünün hökmünümü (idarəçiliyinimi) istəyirlər? Yəqinliklə inanan bir qövm üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?!
Kerbelayi Malik ağa:
Onlar hələ cahiliyyət dövrünə aid hökmü istəyirlər? Yəqin sahibi olan (şübhəsiz inanan) bir qövm üçün Allahdan daha gözəl kim hökm verər.
Ələsgər Musayev:
Ə, cahiliyyət hökmünəmi çalışırlar? Kimin hökmü yaxşıdır
Allahınn hökmündən yəqinlik sahibi olan qoum üçün?
A.Mehdiyev və D.Cəfərli:
Bəs onlar cahiliyyət dövrünün hökmünü istəyirlər?! (Yaradılışın başlanğıc və sonuna) yəqinliyi olanlar üçün kimin hakimliyi Allahın hakimliyindən daha yaxşıdır?!
Kövsər Tağıyev:
Onlar hələ də cahiliyyə dövrünün hökmünümü istəyirlər? Yəqinliklə inanan bir qövm üçün kimin hökmü Allahınkından daha gözəldir?
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər onlar cahiliyyə dövrünün hökmünü istəyirlər ? Yəqinlik sahibi olan camaat üçün Allahdan daha yaxşı kim hökm verə bilər ?!
Sabirə Dünyamalıyeva:
Yoxsa cahiliyyət [dövrünün] hökmünümü istəyirlər? Həqiqətən bilən bir cəmiyyət üçün, hökm [vermək] baxımından Allahdan daha gözəl kim ola bilər?