Əlixan Musayev:
De: “Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən yalnız mənə vəhy olunana tabe oluram”. De: “Məgər korla görən eyni ola bilərmi? Məgər düşünmürsünüz?”
Bünyadov-Məmmədəliyev:
De: “Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən yalnız özümə gələn vəhyə tabe oluram”. De: “Kor görənlə bir olarmı? Məgər düşünmürsünüz?”
Elmir Quliyev
:
Скажи: "Я не говорю вам, что при мне сокровищницы Аллаха, и я не ведаю сокровенного. Я не говорю вам, что являюсь ангелом. Я следую лишь тому, что ниспосылается мне в откровении". Скажи: "Разве равны слепой и зрячий? Неужели вы не поразмыслите?"
Ələddin Sultanov:
De: “Mən sizə: “Allahın xəzinələri mənim yanımdadır”, - demirəm. Mən qeybi də bilmirəm. Həmçinin sizə: “Mən bir mələyəm”, - demirəm. Mən, sadəcə, mənə gələn vəhyə tabe oluram”. De: “Kor ilə gözü görən eyni olarmı? Heç düşünmürsünüzmü?” (Müşriklər Həzrət Peyğəmbərə (s.ə.s): “Əgər sən Allahın peyğəmbərisənsə, bizim üçün bol-bol nemətlər verməsini Ondan istə! Yoxsa sənə iman gətirmərik”, - dedilər. Bu hadisədən sonra yuxarıdakı ayə nazil oldu və peyğəmbərlərin insanları zənginləşdirmək üçün deyil, onlara haqqı təbliğ etmək üçün göndərildikləri bəyan edildi.)
Kerbelayi Malik ağa:
De ki: ‘Mən sizə Allahın xəzinələri yanımdadır demirəm. Qeybi də bilmirəm. Sizə mən bir mələyəm demirəm. Ancaq mənə vəhy edilənə tabe olaram.’ ’Bəsirətlə görən və görməyən bir olarmı, hələ təfəkkür etmirsinizmi?’ de.
Ələsgər Musayev:
De: «Mən sizə demirəm ki, mənim yanımdadır Allahın xəzinələri və qeybə alim də deyiləm və sizə demirəm ki, mələyəm. Mən ancaq tabe oluram mənə açılana». De: «Bərabərdirmi kor və bəsirətli? Ə, fikirləşmirsinizmi?»
A.Mehdiyev və D.Cəfərli:
De: «Mən sizə Allahın xəzinələri mənim yanımdadır demirəm (şeyləri «ol» deməklə yaratmaq və bir şey istəyənlərin ehtiyacını əldəki miqdar azalmadan təmin etmək qüdrətim yoxdur), qeyb elmini də bilmirəm və (həmçinin) sizə «mən mələyəm» demirəm. Mən yalnız mənə edilən vəhyə tabe oluram. (Buna görə də mən vəhyə tabe olduğum üçün gözüaçıq və hər şeyi görənəm, vəhydən üz döndərən hər bir kəs isə kordur.)» De: «Korla görən birdirlərmi? Bəs niyə fikirləşmirsiniz?»
Kövsər Tağıyev:
De ki: “Mən sizə “Allahın xəzinələri mənim yanımdadır”, – demirəm. Mən qeybi də bilmirəm. Sizə “Mən bir mələyəm” də demirəm. Mən yalnız mənə göndərilən vəhyə tabe oluram”. De ki: “Görməyənlə görən bir olarmı? Siz heç düşünməzsinizmi?”
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Mən sizə Allahın xəzinə mücrülərinin məndə olduğunu demirəm, qeyb işləri də bilmirəm, sizə mələk olduğumu da demirəm. Mən ancaq mənə vəhy olunanın ardınca gedirəm." De: "Məgər korla gözlü birdir? Heç fikirləşməzsiniz?!"
Sabirə Dünyamalıyeva:
De ki: "Mən sizə 'Allahın xəzinələri mənim yanımdadır' demirəm. Görünməyəni, eşidilməyəni, keçmişi, gələcəyi də bilmərəm. Sizə, 'Mən bir mələyəm' də demirəm. Mən yalnız mənə vəhy olunana tabe oluram." De ki: "Korla görən eyni ola bilərmi? Hələ də düşünmürsünüzmü?"